Tarixdə bu gün: 4 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1262664
Tarixdə bu gün: 4 sentyabr

4 sentyabr 476-cı il tarixində Qərbi Roma imperiyası cermenlər tərəfindən məhv edildi.

***

4 sentyabr 1063-cü ildə Böyük Səlcuqlu imperiyasının banizi Toğrul bəy İranın Rəy şəhərində 73 yaşında dünyasını dəyişdi.

***

1682-ci ilin 4 senyabr günü ingilis astronom Edmond Halley daha sonra öz adı qoyulan quyruqlu ulduzun keçid müddətini dəqiq olaraq 76 il olaraq hesabladığını dünyaya elan etdi.

***

4 sentyabr 1919-cu ildə Mustafa Kamal Paşanın  açılış nitqilə  Sivas konqresinin fəaliyyətlərinə başlandı. Konqres Anadolunun işğalına qarşı Anadolu və Rumeli Müdafaa-i Hüquq Cəmiyyətinin qurulmasına və 15 nəfərlik Təmsil Heyətinin təşkil edilməsinə qərar verdi. Təmsil Heyətinin rəhbərliyinə isə Mustafa Kamal Paşa seçildi.

***

1957-ci ilin 4 sentyabr tarixində ABŞ-ın Arkansas valisi qara dərili tələbələrin Mərkəzi liseyə qeyd olmasına mane olmaq üçün Milli gözətçiləri vəzifəyə çağırdı. Hadisə ABŞ-ın irqçiliqlə mübarizə tarixində “Little Rock” böhranı adı ilə yer aldı.

***

4 sentyabr 1963-cü ildə İsveçrə hava yollarına məxsus sərnişin təyyarəsi İsveçrənin Dürrenasch qəsəbəsi yaxınlığında düşdü; 80 nəfər öldü.

***

4 sentyabr 1971-ci ildə Alyaska hava yollarına məxsus sərnişin təyyarə Alyaska Juneau yaxınlığına düşdü; 111 nəfər həlak oldu.

***

1988-ci ilin 4 sentyabr tarixində Bənqladeşdə baş verən sel fəlakətində 300 nəfər öldü, 20 milyon insan evsiz qaldı.   

***

5 sentyabr 1997-ci ildə Qüds bazar yerində HƏMAS tərəfindən edilən 3 ayrı bombalı hücum nəticəsində 7 nəfər öldü, 192 nəfər yaralandı.

***

2009-cu ilin 4 sentyabr günü Əfqanistanın şimalındakı Qunduz vilayətində NATO təyyarələri tərəfindən Talibanın oğurladığı irəli sürülən neft tankərlərinə qarşı edilən hava hücumu nəticəsində 90 nəfər həyatını itirdi.



Әlaqәli Xәbәrlәr