Tarixdə bu gün: 2 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1260178
Tarixdə bu gün: 2 sentyabr

2 sentyabr 1633-cü ildə böyük İstanbul yanğını baş verdi. Yanğın nəticəsində 20 mindən çox bina kül oldu.

***

2 sentyabr 1666-cı ildə böyük London yanğını başladı və 3 gün davam etdi. Yanğın nəticəsində 13 min 200 ev və 87 kilsəyə ziyan dəydi.

***

1935-ci ilin 2 sentyabr tarixində ABŞ-ın Florida ştatında öz təsirini göstərən qasırğada 423 nəfər həlak oldu.

***

2 sentyabr 1938-ci ildə Hatay Millət məclisi açıldı və Hatay dövlətinin qurulduğu elan edildi. Tayfur Sökmən cümhurbaşqanı seçildi.

***

2 sentyabr 1942-ci il tarixində alman hərbi dəstələri Varşava Gettosu üsyanının qaryısını 50 min yəhudini qətlə yetirərək aldı.

***

2 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdı. Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak oldu. Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatdı.

***

1968-ci ilin 2 sentyabr günü İranda baş verən zəlzələ nəticəsində 11 min nəfər öldü.

***

1973-cü il sentaybrın 2-də “Üzüklərin əfəndisi” serialı ilə dünya miqyasında şöhrət tapan ingilis yazıcı J.R.R Tolkien 81 yaşında öldü.

***

2 sentyabr 1998-ci ildə İsveçrə hava yollarına məxsus sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 229 nəfər həyatını itirdi.  

***

2 sentyabr 2011-ci ildə Türkiyə BMT-nin Mavi Mərmərə hesabatını açıqlaması qarşısında İsrailə 5 maddədən ibarət sanksiya tətbiq etmə qərarı aldı.



Әlaqәli Xәbәrlәr