Tarixdə bu gün: 1 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1259908
Tarixdə bu gün: 1 sentyabr

***

   1255-ci ilin bu günü Keniqsberq şəhərinin əsası qoyulub. Alman dilində “kral dağı” mənasını verən bu şəhər-qala Tevton ordeninin, yəni qədim prussların torpaqlarına işğalçılıq yürüşləri zamanı – Preqoli çayının uca sahilində salınıb.

  İkinci Dünya Müharibəsinin son mərhələsində - 1945-ci ildə Postdam konfransının qərarı ilə Keniqsberq SSRİ-yə verilərək Rusiya Federasiyasının tərkibinə daxil edilib. Bir il sonra isə (1946) isə şəhərin adı dəyişdirilərək Kalininqrad qoyulub.

***

   1879-cu il 1 sentyabr tarixində Gürcüstan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.

  XIX-XX əsrlər Azərbaycan ictimai mühiti, ədəbiyyatı və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və digər görkəmli xadimlər məhz bu seminariyanın yetirmələridir.

***

  1908-ci ilin bu günü Hicaz dəmiryolu İstanbulda təşkil edilən mərasimlə xidmətə açıldı: o gün İstanbuldan Mədinəyə ilk qatar hərəkət etdi.

***

  1 sentyabr 1922-ci ildə Dumlupınar Zəfərindən sonra türk sərkərdəsi Mustafa Kamal Paşa tarixi əmrini verdi: "Ordu, ilk hədəfimiz Aralıq dənizidir! İrəli!"

***

  1923-cü il sentyabrın 1-də Yaponiyanın Tokio və Yokohama şəhərlərində baş verən zəlzələdə təxminən 300 min adam həyatını itirdi.

***

  1939-cu il 1 sentyabrda Almaniyanın Polşaya hücum etməsiylə İkinci Dünya Müharibəsi başladı.

  Milyonlarla adamın öldüyü müharibənin 50-ci illiyində 1 sentyabr tarixi Beynəlxalq Sülh Günü elan edildi. Bu gün münasibətilə müxtəlif ölkələrdə müharibə əleyhinə kütləvi tədbirlər keçirilir.

***

  1 sentyabr Liviyanın Respublika Günüdür.

  Şimali Afrikanın bu dövləti 1951-ci ildə müstəqillik qazanıb, 1969-cu il sentyabrın 1-də isə Liviya Xalq Sosialist Ərəb Cümhuriyyəti elan olunub.

***

  1 sentyabr 1969-cu ildə Liviyada polkovnik Muammer Kaddafi hərbi çevrilişlə Kral I İdrisi devirdi.

***

   1983-cü ilin 1 sentyabrında Saxalində Cənubi Koreya aviaşirkətinə məxsus “Boing - 747” təyyarəsi SSRİ-nin dövlət sərhəddini pozarkən vurulub. Hadisə nəticəsində 137 nəfər həlak olub. 

***

  1 sentyabr 1985-ci ildə amerikalı dəniz alimi Robert Ballard və qrupu 1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarını tapdılar.

***

  1986-cı ildə Novorossiyk limanına yaxın “Admiral Naximov” və “Pyotr Vasev” gəmiləri toqquşaraq batıblar. Hadisə nəticəsində 800-dən çox adam həlak olub. Bu faciə İkinci Dünya Müharibəsindən sonrakı dövrün ən böyük dəniz qəzası sayılır.

***

    Keçmiş Sovet İttifaqı respublikalarından biri Özbəkistan 1991-ci il senytabrın 1-də istiqlaliyyətini bəyan edib.

  Qeyd edək ki, bu ölkə 1992-ci il martın 2-dən BMT-nin tamhüquqlu üzvüdür.

***

  1 sentyabr 2002-ci ildə Cənubi Koreyada meydana gələn şiddətli qasırğada 200 nəfər həyatını itirdi.

***

  2017-ci il sentyabrın 1-də Myanmar təhlükəsizlik qüvvələri Arakanda vətəndaşları hədəfə alaraq təxminən 400 müsəlmanı qətl etdi.

***

1 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  5 yaşında taxta keçən və 72 il Fransanı idarə edən, fransızların ''Günəş kralı” adlandırdıqları XIV Lui (Louis-Dieudonné de France) 1715-ci ilin bu günü dünyadan köçüb. (1638 - 1715)

***

   Azərbaycanın peşəkar pəhləvanlarından biri Rəşid Yusifov 1900-cu il sentyabrın 1-də anadan olub.

  19 yaşından (1919) müxtəlif sirk kollektivlərində pəhləvanlıq idman növünü nümayiş etdirən Rəşid Yusifov 20 il boyu (1946-1968) Azərbaycan Dövlət Sirkində çalışıb, dünyanın bir çox arenalarında çıxış edib, Rusiyanın məşhur pəhləvanları İvan Poddubnı və İvan Zaikinlə birlikdə dünya birinciliklərində qüvvəsini sınayıb. (1900-1982)

***

  Bu gün azərbaycanlı professor Nəsir Məmmədovun xatirə günüdür.

  Elmi-nəzəri əsərlərlə yanaşı, dərslik və dərs vəsaitlərinin də müəllifi kimi tanınan Nəsir Məmmədovun “Dilçiliyə giriş”, “Dilçiliyin əsasları”, “Azərbaycan dilçiliyinin nəzəri əsasları” və digər kitabları bu gün də ali məktəblərdə tədris edilir. (1907-1982)

***  

  1 sentyabr dünyanın məşhur milyonçusu, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür. 

  34 yaşında (1872) sahibkarlığa başlayan Hacı Zeynalabdin qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət tapır: paytaxt Bakıda toxuculuq fabriki, milli teatr binası tikdirir, məktəb və mədəni-maarif cəmiyyətlərinin açılması, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edir. O, 1911-ci ildə “Xəzər manifakturası”, 1916-cı ildə isə “Tağıyev balıq sənayesi” səhmdar cəmiyyətlərini qurub.  

  10-11 il ərzində (1872-1917) Hacı Zeynalabdin Tağıyevin kapitalı təxminən 30 milyon manata çatıb.

  Azərbaycanda Sovet hakimiyyəti qurulduğu zaman Z.Tağıyevin bütün əmlakı milliləşdirilib, özünə yalnız Mərdəkandakı bağında yaşamağa icazə verilib. O, elə həmin bağda 1924-cü il sentyabrın 1-də vəfat edib. (1838 - 1924)

***



Әlaqәli Xәbәrlәr