Tarixdə bu gün: 29 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1244014
Tarixdə bu gün: 29 iyul

***

  İkinci Dünya Müharibəsilə bağlı 12 ildir keçirilməyən Yay Olimpiya Oyunları 1948-ci ilin 29 iyulunda İngiltərənin paytaxtı Londonda başladı. Türkiyə bu yarışlarda 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazandı.

***

  1957-ci ildə Beynəlxalq Atom Energetikası Agentliyi – MAGATE təsis olundu. Agentliyin əsas vəzifələri nüvə enerjisi və texnologiyalarından istifadə olunmasına nəzarət etməkdir. Hazırda kütləvi qırğın və nüvə silahlarının yayılmaması məsələsi agentliyin əsas məqdsədlərindən biridir.   

***

  29 iyul 1958-ci ildə Amerikada qısa adı NASA olan Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration) yaradıldı.

***

  1967-ci ilin 29 iyulunda Venesuelanın Karakas şəhərində baş verən zəlzələdə 500 adam öldü, minlərlə adam yaralandı.

***

  29 iyul 1981-ci ildə Uels şahzadəsi Çarlz və ledi Diana evləndi.

***

  1987-ci ilin 29 iyulunda Böyük Britaniyanın o zamankı baş naziri Marqaret Tetçer (Margaret Thatcher) və Fransa prezidenti Fransua Mitteran (François Mitterrand) Manş tunelinin tikintisinə dair müqavilə imzaladılar.

***

  1999-cu il 29 iyulda Amerika Birləşmiş Ştatları tarixində ilk dəfə olaraq prezident vəzifə başında ikən cəza aldı: Bill Klinton (Bill Clinton) yalan ifadə verdiyinə görə 90 min dollar ödəməyə məcbur edildi.

***

  2005-ci ilin 29 iyulunda Günəş sistemində ERİS adı verilən “cırtdan planet” aşkarlandı.

***

29 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur rus fiziki Aleksandr Stoletov 1839-cu ilin bu günü anadan olub.

  Elmi işləri əsasən elektromaqnetizm, optika və molekulyar fizikaya həsr edilən alim fotoeffekt tədqiqatları miqdar metodlarının banisi sayılır.  

  Aleksandr Stoletov Rusiyada ilk fizika laboratosiyasını təşkil edib, Moskva univesiteti nəzdində Fizika İnstitutu yaradılmasının təşəbbüskarı olub. (1839-1896)

*** 

  29 iyul böyük holland rəssamı Vinsent Van Qoqun (Vincent Van Gogh) xatirə günüdür.

  Bir müddət din xadimi olan Van Qoq yoxsulların mənafeyini müdafiə etdiyi üçün kilsə xadimləri ilə arasında münaqişə yaranıb.

  Rəssamlığa 27 yaşından (1880) meyl göstərib. Cəmi 10 illik yaradıcılığı ərzində çəkdiyi rəsmlərdən 1700-ə qədəri bizim günlərədək gəlib-çatıb, amma öz sağlığında yalnız “Arlede qırmızı tənəklər” əsərini sata bilib. Ölümündən sonra isə Van Qoqun əsərləri milyonlarla dollara satılıb.

  Ömrünün son illərində ruhi xəstəliyə tutulan rəssam 1890-cı ildə 37 yaşında intihar edib. (1853-1890)



Әlaqәli Xәbәrlәr