Tarixdə bu gün: 27 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1242684
Tarixdə bu gün: 27 iyul

***

  Osmanlı Bəyliyi ilə Bizans imperiyası arasında olan Koyunhisar müharibəsi 1302-cü ilin 27 iyulunda Osman Qazinin qələbəsi ilə sona çatdı.

***

  1921-ci ilin bu günü Toronto Universitetindən biokimyaçı Frederik Bantinqin (Frederick Banting) rəhbərlik etdiyi elmi-tədqiqat qrupu insulin fermentini kəşf etdiklərini açıqladı.

***

  1922-ci il 27 iyulda Brüsseldə Beynəlxalq Coğrafiya İttifaqı yaradıldı. Hazırda 90-dan artıq ölkə, o cümlədən Azərbaycan bu təşkilatın üzvüdür.  

***

  1949-cu il 27 iyul tarixində dünyanın ilk reaktiv motorlu sərnişin təyyarəsi “De Havilland Comet”in ilk uçuşu həyata keçirildi. O ilk kommersiya uçuşunu isə 1952-ci ilin mayında etdi.

***

  1953-cü il 27 iyulda Şimali və Cənubi Koreya arasında müharibədə atəşkəs haqqında razılıq imzalanıb. Elə həmin gün bütün əməliyyatlar dayandırılsa da, indiyədək sülh sazişi bağlanmayıb.

  Şimali və Cənubi Koreya arasında müharibədə hər iki tərəfdən 6 milyon adam həyatını itirib.

  Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında sərhəd 38-ci paraleldən keçir.

***

  27 iyul 1964-cü ildə Amerika Birləşmiş Ştatlarında qaralar Federal Məhkəməyə müraciətetmə hüququ qazandılar.

***

  1976-cı il 27 iyulda Amerika Birləşmiş Ştatlarında olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bülent Ecevit “Waldorf Astoria” otelində çıxışı zamanı kiprli Staviros Skopetrides tərəfindən sui-qəsdə uğradı.

***

  1996-cı ilin bu günü ABŞ-ın Atlanta Olimpiya Parkında baş verən partlayışda 2 nəfər dünyasını dəyişdi. Hadisə yerinə qaçaraq gedən TRT operatoru Melih Uzunyol isə infarkt keçirərək həyatdan köçdü.

***

27 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Rus yazıçısı Vladimir Korolenko 1853-cü ilin 27 iyulunda anadan olub.

  1881-ci ildə çar III Aleksandra and içməkdən imtina etdiyinə görə Yakutiyaya sürgün olunan Korolenko “Qəribə qız” hekayəsində sürgündə olan inqilabçı qızın surətini yaradıb. Bundan başqa, onun “Kor çalğıçı”, “Dilsiz”, “Müasirlərimizin tarixi” adlı əsərləri də böyük maraq doğurur. (1853-1921)

***

  Bu gün Azərbaycanın görkəmli səhnə ustası, xalq artsti Nəcibə Məlikovanın xatirə günüdür. O, 1992-ci ilin 27 iyulunda 69 yaşında dünyasını dəyişib.

  Səhnə fəaliyyətinə 16 yaşında (1938) başlayan aktrisa müxtəlif teatrlarda və “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

  Həm lirik, həm komik rolların ifaçısı kimi tanınan Nəcibə Məlikova “Şeyx Sənan”, “Vaqif”, “Lənkəran xanının vəziri” tamaşalarında, “Ögey ana”, “Aygün”, “Əhməd haradadır”, “Arşın mal alan” filmlərində yaddaqalan obrazlar yaradıb. (1921-1992)

***

  Bu gün həm də Azərbaycan musiqisinin əvəzsiz təbliğatçısı Gülarə Əliyevanın xatirə günüdür.

  1933-cü ildə görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan G.Əliyeva tanınmış “Dan ulduzu” ansamblının yaradıcısı idi. (1933-1991)

***



Әlaqәli Xәbәrlәr