Tarixdə bu gün: 23 iyul

23 iyul 1939-cu ildə Hatayın rəhbərliyi Türkiyə hökumətinə təhvil verildi.

1239902
Tarixdə bu gün: 23 iyul

23 iyul 1821-ci ildə Mora üsyanı zamanı Monemvasia şəhərini ələ keçirən yunanlar 3.000 Türkü qətlə yetirdilər.

 

 23 iyul 1829-cu ildə Uilyam Ostin Bert çap maşınının ilk versiyası olan tipoqrafı yaratdı.

 

 23 iyul 1919-cu ildə Ərzurum konqresi başladı. Mustafa Kamal Ərzurum konqresinin sədri seçildi.

 

 23 iyul 1929-cu ildə  İtaliyada faşist hökuməti əcnəbi sözlərin istifadəsini qadağan etdi.

 

 23 iyul 1939-cu ildə Hatayın rəhbərliyi Türkiyə hökumətinə təhvil verildi.

 

 23 iyul 1952-ci ildə Misirdə Camal Əbdül Nasirin rəhbərliyindəki Azad Zabitlər Hərəkatı Kral Faruku devirdi və beləliklə, monarxiya hakimiyyətinə son qoyuldu.

 

 23 iyul 1963-cü ildə Fransa nüvə sınaqlarının məhdudlaşdırılması ilə bağlı Moskvada bağlanan Sınaqların qadağan olunması müqaviləsinə qoşulmağı rədd etdi.

 

 23 iyul 1983-cü ildə Şri Lankada əksəriyyət təşkil edən buddistlər  təxminən 3.000 tamili qətlə yetirdi. 400.000-ə yaxın tamil qonşu ölkələrə qaçdı. Hadisə Şri-Lanka tarixinə "Qara iyul" kimi düşdü.

 

 

 



Әlaqәli Xәbәrlәr