Tarixdә bu gün: 21 iyul

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1238371
Tarixdә bu gün: 21 iyul

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

1633-cü ilin 21 iyul tarixindә  Qalileo Qaliley 1633-cü ildə keçirilən inkvizisiya məhkəməsində Yerin Günəş ətrafında fırlanması fikrini təkzib etməli olub.

****

 

1718-ci ilin 21 iyul tarixindә Osmanlı Dövlәti, Avstriya vә Venesiya respublikası arasında ‘‘Pasarofça’’ müqavilәsi imzalanıb.

****

 

1969-cu ilin 21 iyul tarixindә  ‘‘Apollo-11’’ kosmik gәmi ilә Ayın sәthinә enәn Nil Armstronq vә Buz Aldrin Aya ilk addım atan  insanlar olublar.

****

 

1972-ci ilin 21 iyul tarixindә İRA silahlıları tәrәfindәn Şimali İrlandiyanın Belfast şәhәrindә törәdilәn terror aktları nәticәsindә 9 nәfәr hәlak olub, 130 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

 

****

1983-cü ilin 21 iyul tarixindә aparılan araşdırmalar nәticәsindә Antarktidanın Vostok stansiyasının  dünyanın әn soyuq yeri olduğu bildirilib.

****

 

1990-cı ilin 21 iyul tarixindә İranda baş vermiş 7.3 bal gücündәki zәlzәlә nәticәsindә 50 min nәfәr hәlak olub.

 

Belәliklә әziz oxucularımız  21  iyulda tarixdә nәlәr olub, bir qismini tәqdim etdik. Sabahkı tarixi sabah dinlәmәk dilәyilә hәlәlik deyirik.



Әlaqәli Xәbәrlәr