Tarixdə bu gün: 28 iyun

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1226241
Tarixdə bu gün: 28 iyun

28 iyun 1895-ci ildə Salvador, Honduras və Nikaraqua birləşərək “Orta Amerika Birliyi”ni qurdular.

***

1914-cü ilin 28 iyun tarixində Serb tələbə Qavrilo Prinsip Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinad və həyat yoldaşını Sarayevoda öldürdü. Avstriya bu hadəsəni səbəb kimi irəli sürərək Serbiyaya hərb elan etdi və Birinci Dünya müharibəsi başladı.

***

28 iyun 1919-cu ildə Birinci Dünya müharibəsini rəsmi olaraq başa çatdıran Versal müqaviləsi Antanta dövlətləri ilə Almaniya arasında imzalandı.

***

28 iyun 1967-ci ildə İsrail Şərqi Qüdsü ələ keçirdi.

***

2006-cı ilin 28 iyununda Qaradağ (Monteneqro) BMT-yə 192-ci üzv ölkə olaraq qəbul edildi.

***

28 iyun 2016-cı ildə İstanbuldakı Atatürk Hava Limanı xarici xətlər terminalında intihar hücumu etdi. Hadisə nəticəsində kamikadzələr ilə birlikdə 45 nəfər həyatını itirdi, 239 nəfər isə xəsarət aldı.



Әlaqәli Xәbәrlәr