Tarixdə bu gün: 19 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1221043
Tarixdə bu gün: 19 iyun

19 iyun 1865-ci ildə Abraham Linkoln qaradərili qullara azadlıq elan edilməsinə baxmayaraq, bu qərara əməl etməyən Texas ştatına hərbi dəstələrin daxil olması və prezidentin göstərişini oxuması qarşısında ABŞ-da qul saxlamağa tamamilə son qoyuldu.  

***

1900-cü il 19 iyun Xalq Artisti, tanınmış aktyor Möhsün Cəfərovun (Sənani) doğum günüdür. Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi” (“Vano”), “O olmasın, bu olsun” (“Qoçu Əsgər”), “Sehrli xalat” (Möhsün Ağayev”) kimi filmləri qeyd etmək kifayətdir.

***

19 iyun 1910-cu il tarixində dünyada ilk dəfə ABŞ-da Spokane şəhərində atalar günü qeyd olundu.

***

1934-cü ilin 19 iyununda İran Şahı Rza Pəhvəli və Atatürk ilk Türk operası Özsoya Ankara Xalqevində tamaşa etdilər. Bu əsər İran şahının Türkiyəyə səfərində səhnəyə qoyulmaq məqsədilə iranlıların Şexnaməsindən ilham götürülərək hazırlanmışdır.

***

 1961-ci ilin 19 iyununda Küveyt Britaniyadan ayrılaraq müstəqilliyini elan etdi. Monarxiya üsulu ilə idarə olunan Küveyt Cənub-Qərbi Asiyada, Fars körfəzinin sahilində yerləşir. Ərazisində böyük neft-qaz yataqları mövcuddur. Əhalisi 3 milyon (2014-cü il) nəfərdir.

***

19 iyun 1973-cü il tarixində Dünya Sevgi Birliyi Medalı “Sev qardaşım” və “Həyat bayram olsa” mahnılara görə Türk müğənni Şenaya təqdim edildi.

***

19 iyun 1973-cü ildə nağıllar, kölgə oyunları, dastanlar, mühacir folkloru barəsində araşdırmalar aparan Türk ədəbiyyatçı və xalq elmi araşdırmaçısı tahir Alangu vəfat etdi.



Әlaqәli Xәbәrlәr