Tarixdə bu gün: 13 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1217193
Tarixdə bu gün: 13 iyun

***

  Osmanlı dövrünün məşhur adlarından olan memar Sinanın şah əsərlərindən biri – İstanbuldakı Süleymaniyyə məscidinin (Süleymaniye Camii) təməli 1550-ci ilin 13 iyun tarixində atılıb.

***

  1859-cu ildə Çeçenistanın Rusiya tərəfindən işğalı başa çatıb. Buna baxmayaraq bütün Qafqaz bölgəsində Rusiyaya qarşı milli azadlıq mübarizəsi davam edirdi. Həmin il iyunun 13-də Qafqaz müsəlmanlarının imamı Şeyx Şamil xəyanət nəticəsində əsir alındı.  

***

  1891-ci ilin 13 iyununda İstanbul Arxeologiya Muzeyi açıldı. Bu muzey müxtəlif mədəniyyətlərə aid milyondan artıq qiymətli əsərlə dünyanın ən böyük muzeyləri arasında yer alır.

***

  13 iyun 1928-ci ildə Türkiyə cümhuriyyəti ilə “Düyunu Ümumiye”, yəni “Osmanlı borc verənləri” arasında müqavilə imzalandı.

***

  1966-cı ildə Vatikanda Roma papasının qərarı ilə “Qadağan olunmuş kitabların siyahısı” ləğv edildi.

  Qeyd edək ki, bu siyahı 1557-ci ildən yazılırdı.

*** 

13 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünyanın ən böyük fatehlərindən biri, Şərqdə daha çox İsgəndər Zülqerneyn kimi tanınan Makedoniyalı İsgəndər eramızdan əvvəl 323-cü il 13 iyunda Babil şəhərində vəfat edib.

  E.Ə. 336-cı ildə hakimiyyətə gələn İsgəndər 334-cü ildə Əhəmənilər sülaləsindən olan III Daraya qarşı müharibəyə başlayıb və Aralıq dənizindən Hindistanadək böyük bir ərazini ələ keçirib. Bundan sonra vətənə qayıdarkən Babilistanda xəstəliyə tutulub və vəfat edib.

  Dahi Azərbaycan şairi Nizami Gəncəvi onun şərəfinə “İsgəndərnamə” poemasını qələmə alıb. (e.ə.356 - e.ə.323)

***

  İngilis fiziki, həkim və astronomu Tomas Yunq (Thomas Young) 1773-cü ilin bu günü dünyaya gəlib.

  London Kral İnstitutunun professoru olan Yunq işığın dalğa nəzəriyyəsinin banilərindən biridir. O, 8 yaşından geodeizya və riyaziyyatla məşğul olub, 9 yaşından latın, yunan və ərəb dillərini öyrənməyə başlayıb.

  Londonda müqəddəs Georgi xəstəxanasında həkim işləməklə yanaşı Coğrafi Uzunluq Bürosunun üzvü olan alimin tədqiqatları əsasən fizika, kimya, fiziologiya, astronomiya və texniki sahələrə aiddir. (1773-1829)

***

  İngilis fiziki, klassik elektrodinamikanın banisi, statistik fizikanın yaradıcılarından biri Ceyms Maksvell (James Clerk Maxwell) 1831-ci il 13 iyunda dünyaya gəlib.

  Maksvellin əsas tədqiqatları elektromaqnitizm, optika, elastiklik nəzəriyyəsi sahələrinə aiddir.

  Ceyms Maksvell elektromaqnit sahəsinin nəzəriyyəsini hazırlayıb, ideal qaz molekullarının sürətə görə paylanması qanununu kəşf edib. (1831-1879)

***

  1987-ci ilin bu günü Türkiyə yazıcısı Hüseyn Cemil Meriç dünyasını dəyişib.   

***



Әlaqәli Xәbәrlәr