Tarixdə bu gün: 10 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1214383
Tarixdə bu gün: 10 iyun

***

  1918-ci ilin yayında Osmanlı qoşunlarının Gəncə istiqamətində hərəkəti Sovet Rusiyası və Bakı Xalq Komussarları Sovetində ciddi narahatlıq doğururdu. Bu məsələ ilə bağlı Almaniya da Gürcüstana təsir göstərir, Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmamağa çağırırdı. Buna görə iyunun 10-da Azərbaycana hərəkət edən türk qoşunları alman-gürcü hərbi birləşmələrilə üz-üzə dayandı. Az sürən hərbi əməliyyat nəticəsində Türkiyə ordusu general Kressin başçılıq etdiyi alman-gürcü ordu dəstələrini geri oturtdu və xeyli əsir götürdü. 

***

10 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Azərbaycan xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ilin 10 iyununda dünyaya gəlib.  

  Kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşən Nəbi 1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.

  Ölümündən sonra da xalq öz qəhrəmanının şərəfinə dastanlar yazıb, mahnılar qoşub. (1854-1896)

***

  Bu gün Azərbaycanın xalq şairi Süleyman Rüstəmin xatirə günüdür.

  Onun İkinci Dünya Müharibəsi dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Sonrakı illərdə siyasi lirika və məhəbbət lirikasının gözəl nümunələrini yaradıb.

  Süleyman Rüstəm həm də “Qaçaq Nəbi” mənzum pyesi və “Durna” komediyasının müəllifidir. (1906-1989)

*** 

  Bu gün Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun xatirə günüdür.

  O, Bakı musiqi məktəbinin tar sinfində Üzeyir Hacıbəyli və Mansur Mansurovdan dərs alıb.

  Yaradıcılığında mahnı janrı əsas yer tutan Səid Rüstəmov Üzeyir Hacıbəylidən sonra Azərbaycan Dövlət Teleradiosunun Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri olub. Hazırda həmin orkestr bəstəkarın adını daşıyır.

   30-cu illərdə “Bayatı Kürd” muğamı əsasında fantaziya, “Cəngi” və “Qəhrəmani” pyesləri məhz xalq çalğı alətləri orkestri üçün yazan Səid Rüstəmov həm də “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarının müəllifidir. Bəstəkar 1983-cü ilin bu günü 82 yaşında dünyasını dəyişib. (1907-1983)

***

  10 iyun dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş, həm Qırğızıstan, həm də bütün türk dünyasının fəxri olanÇingiz Aytmatovun xatirə günüdür.

  Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biri kimi qəbul olunur.

  Hələ Sovet dövründə Çingiz Aytmatov milli mövqeyini, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə və nəşr etmək, dünyada yaya bilməklə sosializm dövrünün möcüzələrindən biri olmuşdu.  

  Çingiz Aytmatovun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. 1980-ci ildə yazdığı bu roman sovet ədəbiyyatının Qərb ədəbiyyatı ilə rəqabətdəki xüsusi çəkisini, hətta qələbəsini meydana qoydu.

  90-cı illər mərhələsində isə Çingiz Aytmatov dünyanı düşündürən, planeti narahat edən, insanlığın taleyi ilə əlaqədar məsələlərdən söz açan qüdrətli sənətkar yazıcı çıxış edir.

  Dünya ədəbiyyatının zirvəsinə yüksəlmiş Çingiz Aytmatovun əsərləri və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır.

***

 

 



Әlaqәli Xәbәrlәr