Tarixdə bu gün: 9 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1214360
Tarixdə bu gün: 9 iyun

***

  68-ci il 9 iyun tarixində hərbi çevrilişlə devrilən Roma imperatoru Neron edam olunmamaq üçün intihar etdi.

***

  Osmanlı sultanı I Əhmədin tapşırığı ilə memar Sedefkar Mehmet Ağa tərəfindən tikilən Sultan Əhməd məscidi (Sultanahmet Camii) 1617-ci il iyunun 9-dan ibadətə açıldı.

***

  1977-ci il 9 iyunda Türkiyənin Vatikandakı səfiri Taha Carım Romada uğradığı silahlı hücum nəticəsində həyatını itirdi. Hücumu "Erməni Soyqırımı" və "Erməni Jenosit” təşkilatları boyunlarına götürdülər.

***

9 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Rusiya tarixində əvəzsiz rol oynayan Birinci Pyotr 1672-ci ilin bu günü anadan olub. O, daha çox islahatçı dövlət başçısı kimi tarixə düşüb. Rusiya Dumasının (parlament) yaradılması da böyük Pyotrun adı ilə bağlıdır. (1672-1725)

***

  Müasir ingilis ədəbiyyatının böyük yazıçısı Çarlz Dikkens (Charles Dickens) 1870-ci ilin 9 iyununda dünyasını dəyişib.

  İngilis ədəbiyyatında realist sosial roman janrının görkəmli nümayəndəsi kimi tanınan Dikkens dünya ədəbiyyatında həm də dramatik süjet, incə psixoloji təhlil, geniş ictimai tipikləşdirmə, satira və yumor ustası kimi məşhurdur. O, “Pikvik klubunun qeydləri” romanında yaşadığı cəmiyyətin əxlaq normalarını satira hədəfinə çevirib.

  Çarlz Dikkensə dünya şöhrəti “Devid Kopperfild”, “Oliver Tvistin macəraları”, “Böyük ümidlər”, “Bizim ümumi dostumuz” əsərləri gətirib. (1812-1870)

***

  Azərbaycanın tanınmış kimyaçılarından olan Əlihüseyn Quliyev 1929-cu ilin bu günü anadan olub.

  Fiziki kimya sahəsində yeni istiqamət və elmi məktəb yaratmış görkəmli Azərbaycan alimi yarımkeçirici kristalların alınması, təmzilənməsi, onlara aşqar vurulması, yeni yarımkeçirici fazaların tədqiqi ilə bağlı mühüm elmi kəşflər edib. (1929-1999)

***

  9 iyun dünyaşöhrətli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə günüdür.

  Zəngin çalarlı, lirik tenor səsə malik müğənni Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir.

  Azərbaycan xalq və bəstəkar mahnılarının dünya ölkələrində populyarlaşmasında Rəşid Behbudovun böyük xidmətləri olub. (1915-1989)

***



Әlaqәli Xәbәrlәr