Tarixdə bu gün: 6 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1213938
Tarixdə bu gün: 6 iyun

***

  1920-ci il aprelin 28-də Azərbaycanda sovet hökuməti qurulduqdan sonra ölkənin ayrı-ayrı bölgələrində bolşeviklərə qarşı müqavimət davam edirdi. Həmin il iyunun 6-da Zaqatalada yerli əhali Molla Hafiz Əfəndiyevin başçlığı ilə üsyana başladı. Lakin heç bir kömək ala bilməyən bu üsyan 11-ci Qızıl Ordu tərəfindən amansızcasına yatırıldı.  

***

  1944-cü il 6 iyunda müttəfiq qoşunların Normandiyaya çıxarılması ilə Avropada ikinci cəbhə açıldı. Məhz bu hadisə ilə İkinci Dünya Müharibəsinin gedişində əsaslı dönüş yarandı və faşist Almaniyasının məğlubiyyəti sürətləndi.

***

  6 iyun 1984-cü ildə Hindistan ordusunun əsgərləri Sih inançlı insanları “Qızıl məbəd”dən çıxarmaq üçün əməliyyat təşkil etdi. Döyüşlər zamanı 400 vətəndaş və 87 əsgər həyatını itirdi.

***

  2010-cu il iyunun 6-da NASA-nın göndərdiyi “Cassini” kosmos raketi Saturnun peyki Titanda bəzi sadə həyat formulları ola biləcəyinə dair əlamətləri təyin etdi.

***

  2012-ci ilin 6 iyun tarixində günəş enerjisiylə çalışan ''Solar İmpulse'' təyyarəsi İsveçrədən Mərakeşə qədər 2500 kilometrdən uzun yolu uçdu.

  Bu uçuş günəş enerjisi istifadə edilərək reallaşdırılan ilk qitələrarası uçuş olaraq tarixə düşdü.

***

6 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin 1799-cu ilin bu günü dünyaya gəlib. 12 yaşında litseyə daxil olub. Burada təhsil aldığı illərdə ilk şeirlərini yazıb.

  17 yaşında (1817) litseyi bitirən Puşkin Xarici İşlər Kollegiyasında çalışıb. 3 il sonra (1820) inqilabi ruhlu əsərlərinə görə Qafqaza sürgün edilib. “Qafqaz əsiri”, “Quldur qardaşlar” və “Baxçasaray fəvvarəsi” poemaları şairin həmin dövr yaradıcılığının məhsullarıdır.

  Qafqazdan sonra Puşkin Pskov vilayətinin Mixaylovskoye kəndinə (1824) sürgün edilib. Burada “Qurana təqlid” şeirlər silsiləsini, “Yevgeni Onegin” mənzum romanının yeni fəsillərini və “Qraf Nulin” poemasını yazıb.

  Aleksandr Sergeyeviç Puşkin 1837-ci ildə dueldə ağır yaralanıb və bir neçə gün sonra vəfat edib. (1799-1837)

***

  İndoneziyanın ictimai və dövlət xadimi Əhməd Sukarno 1901-ci il iyunun 6-da doğulub.

  Şotlandiya müstəmləkə hökmranlığına qarşı mübarizədə iştirakına görə həbs edilən Sukarno sonradan - 1932-ci ildə İndoneziya Milli Partiyasının yaradıcılarından biri olub və sədri seçilib.

  Əhməd Sukarno 1945-ci ildə İndoneziya respublikasının istiqlaliyyətini elan edib və ölkənin ilk prezidenti olub. (1901-1970)

***

  6 iyun analitik psixologiyanın baniləri - Ziqmund Freyd (Sigmund Freud, 1856-1961) və Karl Qustav Yunqun (Carl Gustav Jung, 1875-1961) xatirə günüdür.   

***

  1968-ci il iyunun 6-da Qurtuluş Savaşı komandirlərindən olan, 1924-1935-ci illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini icra etmiş Kazım Fikri Özalp dünyasını dəyişib. (1882-1968) 

***



Әlaqәli Xәbәrlәr