Tarixdə bu gün: 31 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1211156
Tarixdə bu gün: 31 may

Eradan əvvəl 1279-cu ildə Antik Misirdə 19-cu xanədan fironlarından II Ramses hakimiyyətə keçdi.

***

31 may 1237-ci ildə Anadolu Səlcuqlu dövləti sultanı I Ələəddin Keyqubat öldü.

***

1809-cu ildə avstriyalı bəstəkar Frans Cosef Haydın öldü.

***

31 may 1859-cu ildə Londondakı məşhur saat qülləsi Big Benin saatı ilk dəfə işləməyə başladı.

***

1868-ci il. Paris ətrafında, Sen-Klu parkında dünyada ilk dəfə velosiped yürüşü keçirildi. 2000 metr məsafəyə yürüşdə ingilis C.Mur qalib gəldi.

***

1920-ci il. Görkəmli ictimai-siyasi və dövlət xadimi, publisist Nəsib bəy Yusifbəyli qətlə yetirilib. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müxtəlif dövrlərdə maarif naziri, Baş nazir, eləcə də daxili işlər naziri vəzifələrini tutub. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Nəsib bəy təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edib. 1920-ci il mayın 30-da Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

***

1922-ci il. Görkəmli Azərbaycan xanəndəsi, Xalq Artisti Sara Qədimovanın doğum günü (1922-2005). Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları bu gün də sevilə-sevilə dinlənilir.

***

2002-ci ilin 31 may tarixində 2002 FİFA Dünya kuboku Cənubi Koreya və Yaponiyada başladı.



Әlaqәli Xәbәrlәr