Tarixdə bu gün: 30 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1209615
Tarixdə bu gün: 30 may

***

  Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriya krallıqlarından ibarət Balkan Birliyinin Osmanlı imperiyasına qarşı başladığı Birinci Balkan Müharibəsi 1913-cü ilin 30 mayında sona çatdı.

***

  1941-ci ilin 30 mayında - İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya Giriti işğal etdi.

***

  30 may 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Serbiyaya Bosniyadakı hücumları dayandırması üçün sanksiya tətbiq olundu.

***         

  30 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1431-ci il 30 mayda işğalçılara qarşı mübarizənin lideri, Fransanın xalq qəhrəmanı Janna Dark (Jeanne d'Arc) “cadugərlik cinayəti” maddəsilə mühakimə edili və yandırıldı.

***

  Bu gün görkəmli ingilis dramaturqu Kristofer Marlonun (Christopher Marlowe) xatirə günüdür. O, 1593-cü ilin bu günü qəlyanaltıda yumruq davası zamanı faciəli şəkildə həlak olub.

  K.Marlo Avropada tarixi faciə janrını yenidən quran yazıçı kimi tanınır. O, arxaik qafiyəni sərbəst vəznlə əvəz edərək dialoq və monoloqlara təbiilik gətirib.

  Ümumiyyətlə, 29 illik həyatı boyu qalmaqallı ömür sürən Kristofer Marlo ateist fikirlərinə görə də dəfələrlə həbs olunub, təqib edilib.

***

  1778-ci il mayın 30-da Fransa İnqilabı və maarifçilik hərəkatına böyük töhfəsi olan fransız yazıcı və filosof Fransua Mari Aruye - Volter dünyasını dəyişib.  (1694-1778)

***

  Dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ilin bu günü Şamaxıda anadan olub.

  Azərbaycan ədəbiyyatı, ictimai və bədii fikrinin ən böyük simalarından olan Sabir tənqidi realizmin qüdrətli nümayəndələrindən biridir. Onun yaradıcılığının əsasını humanizm və azadlıq ideyaları təşkil edir. Poeziyasında lirik motivlər də qüvvətlidir.

  Sabir poeziyası sənətkarlıq, bədii forma etibarı ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur.

  Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin satirik şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. Bundan başqa, şairin Firdovsi, Sədi və Hafizdən tərcümələri də var. (1862-1911)

***



Әlaqәli Xәbәrlәr