Tarixdə bu gün: 13 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1198254
Tarixdə bu gün: 13 may

1096-cı il. Azərbaycanda intibah dövrünün ilk qadın şairi, dahi rübai ustası, ilk şahmatçı qadın, N.Gəncəvinin müasiri Məhsəti Gəncəvi anadan olub (1096-1160).

***

1277-ci ildə Qaramanoğlu Mehmet Bəy Konya şəhərini Qaramanoğulları torpaqlarına daxil etdi və türkcəni rəsmi dil elan etdi.

***

1846-ci ildə ABŞ Konqresi sərhəddəki keşik hissələrinə basqın edilməsini amil kimi göstərərək Meksikaya hərb elan etdi.

***

13 may 1920-ci ildə Ədirnə Konqresi başa çatdı. Birinci Dünya müharibəsi nəticəsində Antanta dövlətlərinin Şərqi Trakiyanı yunanlara vermə qərarı qarşısında yığıncaq keçirən Ədirnə Konqresində Trakiyanın heç bir şərt daxilinda yunanlara təslim edilməyəcəyi qərara alınmışdır.

***

1950-ci il. İngiltərənin Silverstoun şəhərində ilk “Formula-1” çempionatının ilk yarışı keçirilib. Yarışların ilk qalibi 44 yaşlı italiyalı pilot Cuzeppe Nino Farina olub.

***

13 may 1981-ci ildə Papa II Jan Paul Mehmet Əli Ağca tərəfindən vurularaq yaralandı.

***

2014-cü il mayın 13-də Türkiyədə Soma kömür mədənində faciə baş verdi. Hadisə nəticəsində 301 mədənçi öldü, 80-dən çoxu yaralandı. Türkiyə, Şimali Kıbrıs Türk Cümhuriyyəti və Pakistanda milli matəm elan olundu.



Әlaqәli Xәbәrlәr