Tarixdə bu gün: 10 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

10 may 1876-cı ildə Osmanlı dövlətində Mahmud Nədim Paşa tərəfindən qəbul edilən sərəncam ilə Türk mətbuatında senzura ilk dəfə qanuni olaraq tətbiq olundu.
***
1908-ci il mayın 10-da Anna Mariya Karvisin rəhbərliyində ABŞ-da ilk dəfə “Analar günü” qeyd olundu. Vəfat edən anasının xatirəsinə Karvisin təşkil etdiyi yığıncaqda 407 uşaq və anası iştirak etdi.
***
1923-сü ilin 10 mayında görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003), Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olub.
***
1946-cı ildə “Mildred Pierce” filmilə Oskar mükafatına da layiq görülən amerikalı aktyor Con Kravord 10 may 1977-ci ildə ölüb.
***
1960-cı il – ABŞ-ın “Triton” atom qayığının 84 gün davam edən ilk sualtı dünya səyahəti başa çatıb.
***
Cənubi Afrika Cümhuriyyətinin ilk zənci prezidenti Nelson Mandela 10 may 1994-cü ildə vəzifəyə başlayıb.
***
10 may 2008-ci ildə 20-ci əsrin ən əhəmiyyətli sopranolarından biri qəbul edilən Türk opera sənətçisi Leyla Gəncər Milanoda vəfat etdi.
Әlaqәli Xәbәrlәr

Tarixdә bu gün: 31 dekabr
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.