Tarixdә bu gün: 9 may
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
1485-ci ilin 9 may tarixindә İstanbulun ilk Türk mәktәbi II Beyazitin ‘‘sadrazamı’’ yәni Osmanlı İmperiyasının baş naziri Davut Paşanın göstәrişi ilә yaradılıb. 1847-ci ildә ‘‘Rüşdiye mektebi’’ yәni ibtidai mәktәbә çevrilәn mәktәb günümüzdә Davutpaşa liseyi olaraq fәaliyyәt göstәrir.
****
II Dünya müharibәsinin sonunda Almaniya mәğlub olduqdan sonra Sovet İttifaqı 1945-ci ilin 9 may tarixini Qәlәbә Günü elan etdi.
****
1950-ci ilin 9 may tarixindә Fransanın xarici işlәr naziri Robert Sçumanın tәqdim etdiyi ‘‘Sçuman bildirişi’’ ilә Avropa İttifaqının tәmәli qoyuldu.
1985-ci ildә keçirilәn Milan sammitindә dә 9 may tarixinin Avropa Günü olması ilә әlaqәdar qәrar qәbul olundu.
****
1974-cü ilin 9 may tarixindә Almaniyada dustaqlıqda olan Qızıl Ordu liderlәrindәn Ulrike Meinhof Ştutqarddakı Stemmheim hәbsxanasında hәyatını itirdi.
*****
1984-cü ilin 9 may tarixindә Türkiyәli yazıçı vә ssenarist Yaşar Kemal Fransanın Fәxri Legion ordeni ilә tәltif olunub.
Әlaqәli Xәbәrlәr

Tarixdә bu gün: 31 dekabr
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.