Tarixdə bu gün: 5 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1194669
Tarixdə bu gün: 5 may

***

  1815-ci il Vyana konqresinin qərarı ilə Almaniya dövlətinin sərhədləri müəyyənləşdi. Bu hadisədən 1 il sonra – mayın 5-də Saksen-Veymar-Eyzenax hersoqluğunun böyük hersoqu, maarifçi Karl Avqust Veyrmarski ölkənin ilk liberal konsitusiyasını qəbul etdi.

***

  1860-cı il 5 mayda İtaliyanın milli qəhrəmanı Cüzeppe Haribaldinin azadlıq uğrunda “Minlər” yürüşü başlandı.

  Könüllü döyüşçülər iki yelkənli gəmidə İspaniya burbonlarının əsarətinə qarşı qiyam qaldırmış siciliyalıların köməyinə yollandılar. Elə həmin il mayın sonlarında artıq bütün Siciliya harribaldiçilərin əlində idi. Sentyabrın 7-də isə Haribaldinin başçılıq etdiyi qoşunlar Neapola daxil olaraq burbonların hakimiyyətinə həmişəlik son qoydular.                                                  

***

  Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Hollandiya, İrlandiya, İsveç, İtaliya, Lüksemburq və Norveç bir araya gələrək 1947-ci ilin 5 may tarixində Avropa Şurasını yaratdılar.

  Türkiyə Avropa Şurasına 1949-cu ilin avqustunda daxil oldu.

***

  1955-ci ilin 5 mayında Qərbi Almaniya tam suverenlik haqqına qovuşdu.

***

  5 may 1955-ci ildə Türkiyə Qadınlar Birliyinin təşəbbüsü ilə hər il may ayının ikinci bazar gününün Analar Günü kimi qeyd olunmasına qərar verildi.

  Həmin il birlik türk qadın qəhrəmanı Nənə Xatunu “İlin anası” seçdi.

***

  1961-ci ilin 5 mayında Alan Şepard Amerika Birləşmiş Ştatlarının kosmosa göndərdiyi ilk insan oldu.

***

  1994-cü il 5 mayda Nəim Süleymanoğlu Çexiyada keçirilən Avropa Ağır Atletika Çempionatında 64 kiloqram çəki dərəcəsində dünya rekordunu qıraraq üç qızıl medal aldı.

***

5 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Mütəfəkkir və iqtisadçı alim Karl Marks 1818-ci il mayın 5-də Almaniyanın Trir şəhərində dünyaya gəlib.  

  Siyasi fəaliyyətə Kölndə çıxan “Reyn” qəzetindən başlayan K.Marksın “Kapital” əsəri geniş yayılıb və demək olar ki, bütün dillərə tərcümə olunub. (1818-1883)

***

  Dünyanın ən böyük sərkərdələrindən biri olan Napoleon Bonapart 1821-ci ildə Müqəddəs Yelena (St. Helene) adasında sürgündə vəfat edib.

  Ehtimal olunur ki, düşmənləri Napoleonu tədricən zəhərləyiblər. (1769-1821)

***

  Dağıstanda çarizmə qarşı azadlıq hərəkatının liderlərindən biri Hacı Murad1852-ci ilin bu günü qətlə yetirilib.

  Şeyx Şamilin yaxın silahdaşı olan Hacı Murad onunla münaqişəyə girərək rusların tərəfinə keçib. Lakin burada da özünə həmməslək tapa bilməyərək yenidən silaha sarılıb.

  1851-ci ildə bütün ümidini itirərərək ibadətlə məşğul olmaq üçün Nuxaya – indiki Şəkiyə gəlib və burada rus əsgərlərilə döyüşdə həlak olub. (1798-1852)

***

  Azərbaycanın ilk və hazırki dövlət himninin mətninin müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük milli şair Əhməd Cavad 1892-ci ilin 5 may tarixində dünyaya gəlib.

  O, 1912-ci ildə İstanbulda “Qafqaz könüllüləri” tərkibində yadellilərə qarşı döyüşlərdə iştirak edib.

  Bakıda “Qoşma”, “Dalğa” adlı ilk şeirlər məcmuələri, eləcə də “Türk dilinin sərf nəhvi” dərsliyi çıxan Əhməd Cavadın Azərbaycan Dövlət Universitetinin təşkilində də yaxından iştirakı olub. Sovet hakimiyyəti illərində Qusar və Quba rayonlarında müəllimlik edib. Sonralar repressiyaya məruz qalaraq güllələnib. (1892-1937)

*** 

  Azərbaycanın görkəmli rejissoru, aktyoru və pedaqoq Adil İsgəndərov1910-cu ilin 5 mayında Gəncədə dünyaya gəlib.

  Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirdikdən sonra (1936) Bakıya qayıdıb və Azərbaycan Dövlət Dram Teatrında rejissor işləyib.

  1966-1974-cü illərdə “Azərbaycanfilm” kinostuidiyasının direktoru olub.

  Bundan başqa, Adil İsgəndərov kino aktyoru kimi də tanınır. “Qara daşlar”, “Uzaq sahillərdə”, “Mən rəqs edəcəyəm”, “Arxadan vurulan zərbə”, “Axırıncı aşırım” filmlərində yaddaqalan obrazlar yaradıb. (1910-1978)

***

  Bu gün Azərbaycanın görkəmli səhnə xadimi Sidqi Ruhullanın xatirə günüdür.

  Bakının Buzovna kəndində anadan olan Sidqi səhnə fəaliyyətinə Hüseyn Ərəblinskinin truppasında başlayıb.

  Tiflisdə Azərbaycan teatrının inkişafında xidmətləri olan aktyor həmçinin Rəşt və Qəzvində ilk teatr tamaşalarının təşkilatçısı, Təbrizdə milli teatrın yaradıcılarındandır. O, 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən ömrünün sonuna qədər – 35 il Azərbaycan Dövlət Dram Teatrında işləyib.

  “Vaqif” tamaşasında yaratdığı Qacar obrazı Sidqi Ruhulla sənətinin zirvəsi sayılır. (1886-1959)

***



Әlaqәli Xәbәrlәr