Tarixdə bu gün: 3 may

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1193891
Tarixdə bu gün: 3 may

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

***

 

 

3 may 1481-ci ildə 7-ci Osmanlı padşahı Fateh Sultan Mehmet vəfat edib. 21 yaşında İstanbulu fəth edərək Orta əsri bağlayıb Yeni əsri açan Cahan İmperiyası bu fətihlə 1000 illik Bizans imperiyasının hakimiyyətinə son qoyub.

3 may 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin ilk nazirlər kabineti olan “İcra vəkilləri heyəti” qurulub. İcra vəkilləri heyəti Mustafa Kamalın başılığında ilk yığıncağını keçirib.

3 may 1934-cü ildə Kayseri təyyarə fabrikində buraxılan ovçu təyyarəsi 50 diqəqiəlik uçuşla Kayseri şəhərindən Ankaraya gəlib.

1991-ci ildə Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.



Әlaqәli Xәbәrlәr