Tarixdə bu gün: 26 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1183873
Tarixdə bu gün: 26 aprel

***

  1870-ci ilin 26 aprelində Osmanlı dövlətində ibtidai və orta qız məktəblərində dərs keçmək üçün Darülmuallimat, yəni Qız Müəllim Məktəbi açıldı.

***

  1920-ci il aprelin 26-da Azərbaycan Demokratik Respublikası parlamentinin son iclaslarından biri keçirildi.

  İclasda Rusiyanın 11-ci ordusunun Azərbaycan ərazilərinə müdaxiləsi məsələləri müzakirə olundu, qərara alındı ki, bu barədə bəyanat dünyanın bir çox ölkəsinə göndərilsin.

  Təəssüf ki, o vaxt xarici ölkələr həmin müdaxiləyə düzgün qiymət verə bilmədilər. Nəticədə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmalı oldu.  

***

  Bu gün Birləşmiş Tanzaniya Respublikası milli bayramını qeyd edir.

  Şərqi Afrikada, Hind okeanı sahillərində yerləşən bu dövlət 1964-cü il aprelin 26-da Tanqanika ilə Zənzibarın birləşməsindən yaranıb.  

***

  26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə meydana gələn 8 bal gücündə zəlzələdə 36 mindən çox bina dağıldı, 300 min adam evsiz qaldı.

***

  1986-cı ilin bu günü Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu hadisəbəşəriyyət tarixində ən iri texnogen fəlakətlərdən sayılır.  

  Çernobılda hadisə zamanı yaranan radioaktiv buludlardan təxminən 7 milyon insan zərər çəkdi.

  Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin bir çoxu bu vaxta qədər müalicəni davam etdirir. Onların arasında Azərbaycan vətəndaşları da var.  

  Onu da qeyd edək ki, Çernobıl faciəsinin ildönümündə isə virtual piratların kompüterləri kilidləməsindən 300 min kompüter təsirləndi, virusun şirkətə vurduğu ziyan təxminən 100 milyard dollar oldu.

***

  1995-ci ildən başlayaraq UNESCO-nun təşəbbüsü ilə hər il 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur.

  Əqli Mülkiyyətin Ümumdünya Təşkilatının yaradılması və Əqli Mülkiyyətin Qorunması ilə bağlı beynəlxalq konvensiya ilk dəfə 1967-ci ildə imzalanıb.

***  

26 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli ingilis yazıçısı Daniel Defo (Daniel Defoe) 1731-ci ilin bu günü 71 yaşında dünyasını dəyişib.

  Ədəbi fəaliyyətə publisist kimi başlayan, yazılarında söz və din azadlığını müdafiə edən Defoya dünya şöhrətini “Robinzon Kruzo” (1719) macəra romanı gətirib. (1660-1731)

***

  Məşhur fransız rəssamı Ferdinand Viktor Ejen Delakrua (Ferdinand Victor Eugène Delacroix) 1798-ci ilin 26 aprelində anadan olub.

  Boyakarlıqla romantizmin görkəmli nümayəndəsi kimi tanınan rəssam 1832-ci ildə Əlcəzair və Mərakeşə səyahətdən qayıtdıqdan sonra Şərqə həsr olunmuş tablolar çəkməyə başlayıb.  

  Delakruanın yaradıcılığı 19-cu əsr rəssamlıq sənətinin zirvələrindən biridir. (1798-1863)

***

  26 aprel 1936-cı ildə “Sərgüzəşt” adlı məşhur romanın və Türkiyə ədəbiyyatının ilk realist roman janrının müəllifi Samipaşazade Sezai dünyasını dəyişib.

***



Әlaqәli Xәbәrlәr