Tarixdə bu gün: 25 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1183865
Tarixdə bu gün: 25 aprel

***

  1859-cu ilin 25 aprelindən Misirin Port Səid şəhərindən Qırmızı dənizlə Aralıq dənizini bir-birinə bağlayan Süveyş kanalının işlərinə başlanıldı.

***

  I Dünya Müharibəsi əsnasında – 1915-ci ildə İstanbulu işğal etməyi qarşısına məqsəd qoyan İngiltərə-Fransa hərbi qüvvələri Çanaqqala boğazını ala bilməyəcəklərini anlayınca 25 apreldən quru müharibələrinə keçdilər.

***

  1974-cü ilin 25 aprelində Portuqaliyada general Antonio Spinolanın idarə etdiyi dəstə silahsız hərbi çevrilişlə Salazar faşist diktaturasına son qoydu.

***

  25 aprel 2001-ci ildə Filippinin sabiq prezidenti Cozef Estrada (Joseph Estrada) ölkənin 80 milyon dollarlıq malını mənimsəməkdə günahlandırıldı və Maniladakı evində yaxalanaraq həbs olundu.

***

25 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın neft tarixində müstəsna rol oynamış görkəmli neftçi-geoloqu Baba Babazadə 1911-ci ilin bu günü Bakının Ramana kəndində anadan olub.

  Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə o, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib ki, bu da Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verib.
  B.Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Babazadənin elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb.
  1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilib. (1911-1962)

***

  25 aprel 1941-ci ildə Mustafa Kamal Atatürkün ən yaxın adamı kimi tanınan, uşaqlıq dostu və yavəri Salih Bozok dünyasını dəyişib. (1881-1941)

***



Әlaqәli Xәbәrlәr