Tarixdə bu gün: 16 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1181402
Tarixdə bu gün: 16 aprel

***

  1912-ci ilin 16 aprelində ilk amerikalı qadın pilotHarriet Quimbi (Harriet Quimby) Manş dənizini təyyarə ilə uçaraq keçən ilk qadın oldu.

  Quimbi bundan 3 ay sonra hava nümayişi zamanı təyyarənin yerə çırpılması nəticəsində dünyasını dəyişib.  

***

  16 aprel 1941-ci ildə 500 Almaniya təyyarəsi bütün gecə Londonu bombalayıb. Bu, İkinci Dünya Müharibəsi zamanı Almaniyanın İngiltərəyə etdiyi “The Blitz” hücumlarının ən böyüyü idi.

  1940-cı ilin oktyabrından 1941-ci ilin iyununa qədər davam edən hücumlarda təxminən 32.000 vətəndaş öldü, 87.000 min nəfər yaralandı.

***

  1945-ci ilin 16 aprelində Qırmızı Ordu Almaniyanın paytaxtına girdi və Berlin uğrunda müharibə başladı.

***

  16 aprel 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı yaradıldı. Qısa adı OECD olan təşkilatın üzvləri sənayeləşmiş və inkişaf etməkdə olan ölkələrdən ibarətdir.

  Hal-hazırda Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının 36 ölkə üzvü var.

***

  1972-ci il 16 apreldə bəşər övladının 5-ci Ay yolculuğu “Apollo 16” kosmik gəmisilə başladı.

***

  2017-ci ilin 16 aprelində Türkiyədə hökumət idarəetmə formasını prezidentlik sistemi olaraq dəyişdirmək üçün referendum keçirildi.

***

16 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Yaradıcılığı ilə XX əsr Avropa ədəbiyyatına güclü təsir göstərən məşhur fransız yazıçısı Anatol Frans (Jak Anatol Fransua Tibo) 1844-cü ilin bu günü Parisdə anadan olub.

  A.Fransın “Pinqvinlər adası”, “Mələklərin üsyanı” fantastik romanları, “Allahlar qədər həris” romanı, eləcə də “Ədəbi həyat”, “Janna Darkın həyatı” əsərləri bir çox dillərə tərcümə edilib. (1844-1924)

***

  Dahi Amerika rejissoru, aktyoru və ssenaristi, Çarli Çaplin kimi tanınan Çarlz Spenser Çaplin 1889-cu ilin 16 aprelində dünyaya gəlib.  

  Özündə həm komik, həm də faciə xüsusiyyətlərini cəmləşdirən, yoxsullar dünyasını təsvir edən, məşhur avara obrazını yaradan Çaplinin öz iştirakı ilə çəkdiyi “Qızılaxtaranlar”, “Sirk”, “Böyük şəhərin işıqları”, “Yeni dövrlər” filmləri dünya kinematoqrafiyasının ən qiymətli inciləri sayılır. (1889-1977)

***

  Bu gün tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin doğum günüdür. Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir. Bəstəkarın sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır. (1916-1961)

***



Әlaqәli Xәbәrlәr