Tarixdə bu gün: 7 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1175538
Tarixdə bu gün: 7 aprel

***

  1789-cu ilin 7 aprelində Osmanlı Sultanı I Əbdülhəmid vəfat etdi, yerinə III Səlim taxta çıxdı.

***

  Kibrit yaradan ingilis kimyaçısı Con Uolkerin bu icadı 1827-ci ilin 7 aprelindən İngiltərədə bazarlara girdi.

***

  Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-cı ilin 7 aprelində Tiflisdə çapdan çıxıb. Həmin vaxtdan etibarən 1918-ci ilədək bu jurnal Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunub.

  Jurnalın redaktoru və naşiri görkəmli nasir və jurnalist Cəlil Məmmədquluzadə idi. Bütün təqib və təzyiqlərə baxmayaraq “Molla Nəsrəddin”in haqq səsi Qafqazın hüdudlarını aşaraq Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi.

  Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdülrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Cəfər Cabbarlı, Əliağa Vahid, Böyükağa Talıblı kimi ədiblər, Əzim Əzimzadə, Şmerlinq, Rotter kimi rəssamlar jurnalda fəal iştirak edib. Həmin illərdə “mollanəsrəddinçilər” nəsli formalaşmışdı.            

***

  II Dünya Müharibəsi zamanı - 7 aprel 1939-cu ildə İtaliya Albaniyanı işğal etdi.

***

  1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı (WHO) yaradılıb.

  Təşkilatın əsas məqsədi bütün dünya xalqlarının sağlamlığını yüksək səviyyəyə qaldırmaqdır.

  1949-cu ildən 7 aprel Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur. 

  Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 200-dək üzvü var.

  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildən həmin təşkilata qəbul edilib.

***

  7 aprel 1969-cu ildə yaradılan internetin simvolik ad günüdür.

  Bu il 50 ildir ki, internet həyatının içindıyik.

***

  1978-ci ilin 7 aprelində ABŞ prezidenti Cimmi Karter (Jimmy Carter) Neytron bombasının təkmilləşdirilməsiişinin dayandırılmasına qərar verdi.

***

7 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan ədəbiyyatında faciə janrının banisi, tanınmış dramaturq və jurnalist Nəcəf bəy Vəzirov 1854-cü ilin bu günü dünyaya gəlib.

  İlk pyeslərini 20 yaşında qələmə alan Nəcəf bəy Moskvadakı Petrovski – Razumovski adına Kənd Təsərrüfatı Akademiyasını bitirib, sonra Azərbaycana qayıdaraq Tərtər, Dilican bölgələrində meşəbəyi işləyib. Elə həmin illərdə “Əkinçi” qəzetində də publisistik yazıları ilə çıxış edib, “Ev tərbiyəsinin bir şəkli”, “Gəmi lövbərsiz olmaz”, “Daldan atılan daş topuğa dəyər”, “Adı var, özü yox” pyeslərini yazıb.

  41 yaşında (1895) Bakıya gələrək məhkəmə vəkili işləyib, eyni zamanda “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını, “Pəhləvani-zəmanə” və “Müsibəti-Fəxrəddin” pyeslərini qələmə alıb. (1854-1926)

***



Әlaqәli Xәbәrlәr