Tarixdə bu gün: 5 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1175463
Tarixdə bu gün: 5 aprel

***

  1804-cü ilin 5 aprelində qeydlərə düşən ilk meteorit Şotlandiyaya düşdü.

***

  5 aprel 1897-ci ildə Osmanlı dövləti ilə Yunanıstan arasında “Otuz gün savaşı” adlandırılan müharibə başladı.

***

  1930-cu ilin 5 apreldə Hindistanda 300 mil məsafəlik “Duz yürüşü”nü başa çatdıran Mahatma Qandi Dandil sahilinə yetişdi.  

  Qeyd edək ki, Hindistanda Britaniyaya verilən duz vergisinə etiraz olaraq M.Qandinin rəhbərliyilə 1930-cu ildən başlayan “Duz yürüşü” ilə xalq və ölkənin bütövlükdə İngiltərəyə qarşı hərəkatı yarandı.

***

  5 aprel 1992-ci ildə Bosna və Herseqovina hökuməti dövlət müstəqilliyini elan etdi.

***

  1998-ci ilin 5 aprelində Yaponyada Kobe şəhəri ilə Avaci adasını bir-birinə bağlayan dünyanın ən uzun asma körpüsü - Akaşi Kaikyo istifadəyə verildi. 1991 metr uzunluğundakı körpünün tikintisi 10 il sürüb.

***

5 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes) 1588-ci ilin bu günü doğulub.

  Oksford Universiteti məzunu Tomasın dünyagörüşünün formalaşmasına Bekon, Qaliley və Dekartın böyük təsiri olub.

  Mexaniki materializm təlimini inkişaf etdirən, Bekon materializmini sistemləşdirən Hobbsa görə, dünya mexaniki hərəkət qanununa tabe cisimlərin məcmuyudur.

  Bütün ideyaları hisslərlə bağlayan Tomas Hobbs ideyaların müqayisə, birləşmə, ayrılma metodu ilə təlimini də inkişaf etdirib. (1588-1679)

***

  1900-cü ilin 5 aprelində Osmanlı ordusunun məşhur sərkərdəsi Qazi Osman Paşa dünyasını dəyişib.

***



Әlaqәli Xәbәrlәr