Tarixdə bu gün: 4 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1175353
Tarixdə bu gün: 4 aprel

***

  4 aprel 1814-cü ildə Napoleon taxtdan ilk dəfə geri çəkildi.

***

  1913-cü ilin 4 aprelində Osmanlı dövlətində “Qadınlar dünyası” adlı jurnalın ilk sayı çıxıb. Jurnalın məqsədi qadın hüquqları, azadlıqları, onların savadlandırılması, iş və sosial həyatda fəaliyyətinin təmin edilməsindən ibarət idi.

***

  4 aprel 1949-cu ildə Vaşinqtonda Şimali Atlantika müqaviləsi imzalandı.

  NATO adlanan bu blok uzun müddət Varşava müqaviləsinin üzvü olan ölkələrə qarşı dayanan başlıca hərbi qüvvə olub. Amma “Soyuq müharibə” başa çatdıqdan sonra da NATO fəaliyyətini dayandırmayıb, əksinə Şərqə doğru genişlənib. 

***

  1953-cü ilin bu günü Türkiyə Dəniz Qüvvələrinə bağlı Dumlupınar sualtı gəmisi NATO təlimindən qayıdarkən Çanaqqala boğazında İsveç gəmisi “Naboland”la toqquşaraq batdı.

  81 türkiyəli dənizçisinin şəhid olduğu 4 aprel tarixi Dəniz Şəhidlərini Anma Günü elan edildi.

***

  1964-cü ildə Kipr respublikasının prezidenti, arxiyepiskop Makarios adanın statusunu müəyyənləşdirən sazişi pozdu. Bununla Kiprin türk icması adi hüquqlardan belə məhrum edilərək məhv olmaq təhlükəsilə üzləşdi. Belə olan vəziyyətdə Türkiyənin Silahlı Qüvvələri adaya yürüdü. 

***

  1997-ci ildən başlayaraq hər 4 aprel tarixi bütün dünyada mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günü olaraq qeyd edilir.

  Hər il dünya üzrə minalardan təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir, 7 milyondan çox insana təhlükədən necə müdafiə olunmaq öyrədilir.

***

  2010-cu ilin 4 aprelindən TRT-nin ərəb kanalı “TRT El Arabia” yayıma başlayıb.

***

4 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Amerika Birləşmiş Ştatlarında vətəndaş hüquqları və irqi bərabərlik uğrunda hərəkatın lideri, Nobel Sülh Mükafatını qazanmış (1964) Martin Lüter Kinq 1968-ci ilin bu günü Tennesi ştatının Memfis şəhərində qətlə yetirilib.

  Lüterin qatillərinin məhkəməsi gizli keçirilib. (1929-1968)

***

  4 aprel 1979-cu ildə Pakistanın baş naziri Zülfüqar Əli Butto asılaraq edam edildi.

***

  Bu gün Türkiyənin böyük siyasi xadimi Alparslan Türkeşin xatirə günüdür.

  Alparslan 25 noyabr 1917-ci ildə Şimali Kiprin paytaxtı Lefkoşada Əhməd Hamdi Əfəndi və Fatimagül Zəhra xanımın ailəsində dünyaya gəlib. İlk və orta təhsilini Lefkoşada alıb. O illərdə ingilislərin əsarətində olan Kiprdən ailəsi ilə birlikdə Türkiyəyə köçməyə məcbur olub. Beləliklə də ailə İstanbulda yerləşib.

  Hərbi xidmət keçməyə böyük sevgisi olan Alparslan Türkeş liseyi (1933) müvəffəqiyyətlə başa vurduqdan sonra Ali Hərbi Məktəbə daxil olub. Buranı bitirdikdən sonra (1939) kiçik leytnant rütbəsi ilə orduya qatılıb. Təxminən 10 il sonra (1948) təhsilini təkmilləşdirmək üçün onu Amerikaya göndəriblər. 1955-ci ildə minbaşı rütbəsinə yüksəlib, daha sonra Vaşinqtondakı Türkiyə Baş Qərargahı təmsilçilər heyətinə daxil edilib.

  Alparslan Türkeş 4 dəfə (1963-1980) Ankara və Adana şəhərləri üzrə millət vəkili seçilib. Eyni zamanda da (1975) baş nazir müavini vəzifəsində çalışıb.

  Türkiyənin ən öndə gedən siyasi simalarından biri kimi tanınan Türkeş 80-ci illərdə dövlət işindən ayrılıb, Milliyətçi Hərəkat Partiyasını (MHP) yaradaraq onun sədri olub.

  Alparslan Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına həsr edib. Məhz bu xidmətlərinə görə ona Başbuğ ləqəbi verilib. (1917-1997)

***



Әlaqәli Xәbәrlәr