Tarixdə bu gün: 24 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1168767
Tarixdə bu gün: 24 mart

***

  1882-ci ilin 24 martında Robert Koç (Koch) vərəm xəstəliyinə səbəb olan bakteriyanı kəşf etdiyini açıqladı. Bu kəşfə görə alim 1905-ci ildə tibb sahəsində Nobel mükafatını aldı.

  Dünya Səhiyyə Təşkilatı bu günlə əlaqədar 24 martı Dünya Vərəm Günü elan edib.

***

  1906-cı ilin bu günü Azərbaycanın paytaxtı Bakının bütün küçələri ilk dəfə olaraq elektriklə işıqlandırılıb. Bundan əvvəl Bakının əsasən mərkəzi küçələrində elektrik lampaları yandırılırdı. 1930-cu ildən isə paytaxtın əksər küçə və evlərinə elektrik işığı çəkilməyə başlandı.

***

  1923-cü ildə “Time” jurnalı 24 mart nömrəsinin üz səhifəsində Mustafa Kamal Atatürkün şəklini verib.

***

  24 mart 1933-cü ildə Almaniyanın başçısı Adolf Hitler 27 fevralda baş verən Reystax (Reichstag) yanğınını səbəb göstərərək, ölkədə nizam-intizamı təmin etmək adı ilə, özünə fövqəladə səlahiyyətlər tanıyan fərman imzalayaraq diktator gücə sahib oldu.

***

  1976-cı ilin 24 martında Argentinanın dövlət başçısı İsabel Perronqansız bir çevrilişlə devrildi.

***

  24 mart 1999-cu ildə NATO Kosovodakı münaqişələrlə bağlı Yuqoslaviyaya qarşı hava hərəkatı başladı.

  İkinci Dünya Müharibəsindən bəri Avropadakı ən intensiv bombardman olan Müttəfiq Gücü Hərəkatı Kosovonun Serbiyadan ayrılmasına səbəb oldu.

***

24 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   1905-ci ilin 24 martında elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern (Jules Gabriel Verne) dünyasını dəyişib.

  1828-ci il fevralın 8-də Fransanın Nant şəhərində anadan olan fransız yazıçısı ədəbi fəaliyyətə 21 yaşında başlayıb. Ona şöhrət qazandıran “Beş həftə hava şarında” (1863) romanı olub. Bundan sonra Jül Vern “Kapitan Qrantın uşaqları”, “80000 kilometr su altı ilə”, “80 günlük dünya səyahəti”, “Gizli ada”, “On beş yaşlı kapitan”, “Üzən ada” kimi elmi-fantastik, ictimai-satirik macəra, roman və povestlər yazıb. Onun məşhur «Klodius Bombarnak» (1892) əsərində Azərbaycan (Gəncə, Bakı, Xəzər dənizi və s.) haqqında da danışılır.

   Jül Vernin yaradıcılığında Yer və Kainat sirlərini açmağa cəhd göstərən elmi romantika güclüdür. Onun qəhrəmanları təmənnasız alimlər, milli zülmə, müstəmləkəçiliyə qarşı etiraz edən humanistlərdir. Yaradıcılığı bir çox görkəmli alim, ixtiraçı və səyyahın (D.I.Mendeleyev, K.E. Siolkovski, F.Nansen və b.) elmi axtarışlarına güclü təsir göstərib. Ayın arxa tərəfindəki kraterlərdən birinə Jül Vernin adı verilib. Onun bir çox əsərləri dünya xalqlarının dillərinə tərcümə edilib.
  Jül Vernin adı bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdədir.

***

  Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin anadan olduğu gündür.

  Ədəbi fəaliyyətə dövri mətbuatda satirik yazılarla başlayan M.S.Ordubadi yaradıcılığının zirvəsini 1930-1950-ci illərdə yazdığı irihəcmli əsərlər təşkil edir. Onun “Qılınc və qələm”, “Dumanlı Təbriz” romanları dünyanın bir sıra dillərinə tərcümə edilib və dəfələrlə nəşr olunub.

  Yazıçının erməni terrorundan bəhs edən “Qanlı sənələr” adlı tarixi oçerki ilk dəfə 1911-ci ildə “Səda” mətbəəsində çap olunub, sonra isə Sovet hakimiyyəti illərində qadağan edilib. (1872-1950)

***

  Martın 24-ü Hacıməmməd Qafqazlının ad günüdür. 

  24 yaşından (1922) ömrünün axırınadək Azərbaycan Milli Dram Teatrında aktyor olan Hacıməmməd həm də Özbəkistanda dram teatrının yaradıcılarından biri sayılır. “Qafqazlı” təxəllüsünü də ona Daşkənddə vermişlər.

  Hacıməmməd Qafqazlı “Bir məhəlləli iki oğlan”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Şərikli çörək”, “Qorxma, mən səninləyəm” filmlərində, habelə “Mosfilm”in istehsalı olan “Tehran-43” kinosunda çəkilib. (1898-1982)

***



Әlaqәli Xәbәrlәr