Tarixdə bu gün: 23 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1165098
Tarixdə bu gün: 23 mart

***

  625-ci ilin 23 martında Ərəbistanda Mədinə müsəlmanları ilə Məkkənin Qüreyşi tayfaları arasında Uhud (İslam) müharibəsi başladı.

***

  23 mart 1781-ci ildə Günəş sisteminin doqquzuncu planeti Uran kəşf olunub.

***

  1848-ci ilin 23 martında Macarıstan Avstriyadan ayrılaraq öz müstəqilliyini elan etdi.

***

  23 mart 1855-ci ildə Dolmabahçe məscidi ibadətə açılıb.

***

  1900-cü ilin 23 martında Oksford Arxeologiya Muzeyinin sahibi Artur Evans (Arthur Evans) Yunanıstanın Krit (Grete) adalarında qazıntı işlərinə başladı. Bu tədqiqatlar sayəsində həmin vaxta qədər məlum olmayan qədim Minoy mədəniyyəti ortaya çıxdı.

***

  1921-ci ilin 23 mart günü Türkiyə milli mübarizə tarixinin əsas həlledici döyüşlərdən biri olan II İnönü savaşı başladı.

***

  23 mart 1933-cü ildə Almaniya parlamenti Reystax (Reichstag) Adolf Hitlerə fərmanlarla ölkəni idarəetmə səlahiyyəti verdi.

***

  1950-ci il martın 23-də BMT-nin tərkibində fəaliyyət göstərən Dünya Meteorologiya Təşkilatının konvensiyası qüvvəyə mindi. Həmin vaxtdan 23 mart Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur.

***

  23 mart 1956-cı il də Pakistan tarixə ilk İslam respublikası olaraq düşdü.

***

  2001-ci il 23 martında “Mir” Sovet kosmos stansiyasının vəzifəsi sona çatdırıldı.

***

  23 mart 2004-cü ildə Gelibolu Yarımadası Tarixi Milli Parkında "Şəhidlər coğrafiyası" layihəsi çərçivəsində aparılan tədqiqatlar nəticəsində iki min əsgərin basdırıldığı həqiqi şəhidlik aşkara çıxarıldı.

***

23 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  23 mart Azərbaycanın ilk təyyarəçi qadını Züleyxa Seyidməmmədovanın 100 illiyidir. O, 1919-cu ildə Bakı şəhərində anadan olub.

  Orta məktəbi bitirdikdən sonra Əzizbəyov adına Sənaye institutunda ali təһsil alan Züleyxa institutun nəzdində Bakı aeroklubunun filialı olaraq fəaliyyət göstərən birinci tələbə aeroklubunun üzvü olub. Elə һəmin ildə institutda Azərbaycan qızları arasında paraşütdən tullanmaq üzrə birinci yeri tutub. Bu birincilik onun üçün һər şeyin başlanğıcı olur və Züleyxa artıq öz yolunu seçir, səma qəһrəmanı olmaq istəyir.

  1935-ci ildə Moskvada keçirilən uçuş tullantısında iştirak edən Züleyxa sonra Tuşinski aerodromunda qrup һalında tullanmaq üzrə Zaqafqaziya komandasında birinci yeri tutur.

  Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız idi.

  İkinci Dünya Müharibəsinin ilk günlərindən qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, müharibənin ən qızğın yerlərinə göndərilib: Moskva altındakı döyüşlərdə, Kursk və Stalinqrad (indiki Volqaqrad) cəbhələrində igidliklər göstərib, 500-dən artıq döyüş uçuşu həyata keçirib. O dövrdə mətbuatda tez-tez Züleyxanın qəһrəmanlıqlarını əks etdirən məqalə və şeirlər dərc edilirdi.   

  Züleyxa Seyidməmmədova həm də Azərbaycanda Sosial Təminat naziri postunda çalışan ilk qadın nazir olub və bu vəzifəni 23 il (1952-1975) daşıyıb. O həm də Azərbaycan SSR AliSovetinin 4 dəfə (2, 6, 7, 8-ci çağırış) deputatı olub. (1919-1999)

***

  Azərbaycan bəstəkarı və pedaqoq Əşrəf Abbasov 1920-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib.

  1953-1957-ci illərdə konservatoriyanın rektoru olan Əşrəf Abbasov “Qaraca qız” adlı Azərbaycanın ilk uşaq operasını (1965) yazan bəstəkar olaraq musiqi tarixinə düşüb. O, həm də bir sıra simfonik poema, operetta, mahnı və romans, o cümlədən musiqi nəzəriyyəsi əsərlərinin müəllidir. (1920-1992)

***

 



Әlaqәli Xәbәrlәr