Tarixdə bu gün: 20 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1164791
Tarixdə bu gün: 20 mart

***

  1792-ci ilin 20 martında Fransa parlamenti gilyotinlə edam cəzasını təsdiq etdi.

  Fransız həkim və ixtiraçı Jozef İqnas Gilyotinin (Joseph Ignace Guillotin) adı ilə bağlı olan gilyotin ilk dəfə həmin (1792) ilin 25 aprelində istifadə olunub.

***

  20 mart 1916-cı ildə Albert Eynşteynelmdə cığır açan “Ümumi nisbilik nəzəriyyəsi”ni yayınladı.

***

  1956-cı ilin bu günü Afrikanın şimalında yerləşən Tunis Fransadan ayrılaraq öz müstəqilliyini elan etdi.

  Ölkənin ilk prezidenti Həbib Burgiba oldu.

***

  1996-cı ilin 20 martında İngiltərə hökuməti “dəli dana” (Mad Cow Disease - MCD) xəstəliyinin insanlara da bulaşıcı olduğunu açıqladı.

***

20 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1971-ci ilin bu günü türkiyəli jurnalist və yazıçı Falih Rifqi Atay həyata vida etdi. (1894-1971)

***

   Azərbaycan Musiqili Teatrının banilərindən və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabski1879-cu ilin 20 martında Bakıda dünyaya gəlib.

  Səhnə fəaliyyətinə 1902-ci ildən başlayan Sarabski “Leyli və Məcnun”da Məcnun rolunun, başqa milli operalarda da əsas partiyaların ilk ifaçısı olub. Məcnun rolu Hüseynqulu Sarabskiyə, sözün əsl mənasında, ümumxalq məhəbbəti və şöhrət gətirib.

  “Müsəlman dram truppası”nı (1908) yaradan Sarabski 1910-cu ildən rejissor kimi fəaliyyət göstərib. “Köhnə Bakı” kitabında paytaxtın qədim dövrlərdən formalaşmış mədəniyyəti, milli ənənələr, bayram və mərasimləri barədə son dərəcə qiymətli məlumat verib. (1879-1945)

***

  Bu gün Cəfər Cabbarlının 120 yaşı tamam olur.

  Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor və rejissor olan Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində dünyaya göz açıb. 15-16 yaşlarından lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlayıb.

  Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir.

  "Nəsrəddin şah" (1916) C.Cabbarlının ilk tarixi pyesidir. O, 1917-ci ildə Osmanlı tarixinə dair "Ulduz və ya Trablismüharibəsi" və "Ədirnə fəthi" pyeslərini yazıb. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdir. Cəfər Cabbarlı Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqudur.

  C.Cabbarlının "Aydın" (1919), "Oqtay Eloğlu","Qız qalası" (1922-1923), "Sevil" (1927), "Almaz" (1930), "1905-ci ildə" (1931) əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində mədəni bir inqilab yaradıb.

  Böyük ədib 1934-cü il dekabrın 31-də, səhər saat 4-də vəfat edib.

***

  20 mart Rusiyanın məşhur yazıçısı Nikolay Vasilyeviç Qoqolun 210-cu ildönümüdür.

  Yazıçının “Peterburq hekayələri” silsiləsindən ən əhəmiyyətli əsəri “Şinel” povestidir. “Şinel”də sadə insanların yaşadıqları acılar, məruz qaldıqları haqsızlıqlar və yoxsulluq oxucuya dərindən təsir edəcək formada, professionallıqla qələmə alınıb. Onun hekayələrinin təbiiliyi və duyğuları hər kəsə təsir edə bilirdi. Peterburqda yaxından gördüyü pul, mövqe ehtirası, ictimai bərabərsizlik kimi problemlər Qoqolun “Peterburq hekayələri”ndə öz əksini tapıb.

  “Nevski bulvarı” hekayələri ilə isə yazıcı Rusiya ədəbiyyatında yeni bir cığır açdı. Cəmiyyətin aşağı təbəqələrində yaşayan insanlara qarşı dərin sevgi bu cığırın əsas xüsusiyyətidir.

  Qoqol dramaturgiya sahəsində də öz gücünü sınayaraq məşhur “Müfəttiş” əsərini (1835) yazıb. Onun təsirli əsərlərindən biri də ömrünün sonunda – 44 yaşında bitirdiyi “Ölü canlar” əsəri idi. (1808-1852)

***



Әlaqәli Xәbәrlәr