Tarixdə bu gün: 19 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1164346
Tarixdə bu gün: 19 mart

***

  19 mart 1452-ci ildə son “Müqəddəs Roma imperatoru” III Frederikin başına Papa tərəfindən tac qoyuldu.

***

  1866-ci ilin 19 martında Osmanlı hökuməti Süveyş kanalının açılmasına icazə verdi.

***

  1883-ci ildə amerikalı ayaqqabı ustası Yan Ernst Matseliqer (Jan Ernst Matzeliger) ayaqqabını birdəfəyə emal edən ilk maşını icad edərək ayaqqabı sənayesində inqilab yaratdı.  

***

  1915-ci ilin 19 mart tarixində Günəş sistemi planetlərindən olan Plutonun ilk şəkli çəkilib. Ancaq Plutonun yeni bir planet olduğu o zaman hələ bəlli deyildi.

***

  19 mart 1945-ci ildə SSRİ bir nota ilə 1925-ci il tarixli Türkiyə-Sovet Dostluq və Bitərəflik Müqaviləsini yeniləməyəcəyini bildirdi.

***

  1958-ci ildə Avropa parlamentinin ilk iclası keçirildi.

  Roma Sazişinə görə, Avropa parlamentinin fəzifəsi məşvərət funksiyasını yerinə yetirmək, ümumi-siyasi məsələlər üzrə məsləhətlər verməkdir.

***

19 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  19 mart 1406-cı ildə Şərqin tunisli mütəfəkkiri, dövlət xadimi və tarixçisi İbn Haldun dünyasını dəyişdi.

  İbn Haldun 14-cü əsrin sonu - 15-ci əsrin əvvəllərində yaşamış ən böyük tarixçilərdən biridir.

***

  Şotland əsilli ingilis səyyahı David Livinqston (David Livingstone) 1813-cü ilin bu günü dünyaya gəlib. 1840-cı ildən başlayaraq Cənubi və Mərkəzi Afrikaya bir neçə dəfə səyahət edib. O, Kalahari səhrasını keçib, Viktoriya şəlaləsi, Nqami, Şirva, Banqveulu göllərini aşkara çıxarıb.

  D.Livinqston 30 il boyu Afrikada Keyptaundan ekvatoradək, Atlantik okelanından Hind okeanınadək böyük bir sahəni tədqiq edib. (1813-1873)

***

  Məhşur macar türkoloqu, dilçi, etnoqraf və səyyah Armini Vamberi ( Ármin Vámbéry) 1832-ci ilin bu günü anadan olub.

  Budapeşt universitetinin professor olmuş Vamberi 20-dən çox Avropa və Şərq dilini bilirdi.

  Uzun müddət Şərq ölkələrində səyahətdə olan alim “Cığatay dilinin tədqiqi”, “Uyğur dili abidələri”, “Qutatqu bilik”, “Türk dillərinin etimoloji tədqiqi” və bir çox dilə tərcümə olunan “Orta Asiyaya səyahət” əsərlərinin müəllifidir. Onun “Əmir Teymur” əsəri Azərbaycan dilinə də tərcümə olunub. (1832-1913)

***

  Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturqu Nəriman Nərimanovun xatirə günüdür. (O, 1870-ci ildə anadan olub.)

  19-cu əsrin sonlarında “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” və başqa əsərlər yazıb.

  1908-ci ildə Odessa Universitetinin Tibb fakültəsini bitirərək Bakıya gəlib, həkimlik və maarifçilik fəaliyyəti göstərib.

  1920-ci ilin 20 aprel çevrilişindən sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışıb. Bir müddət sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib.

  Nəriman Nərimanov 1925-ci ildə Moskvada vəfat edib və orada dəfn olunub. (1870-1925)

***

  Məşhur Fransa kimyaçısı Frederik Jolio-Küri 1900-cu ilin 19 martında dünyaya gəlib.

  O, kimya sahəsində təqdiqatlarını həyat yoldaşı İren Jolio-Küri ilə birlikdə aparıb. 1934-cü ildə onlar süni radioaktivliyi kəşf ediblər. Frederik və İren Jolio-Kürilər 1935-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüblər. (1900-1958)

***



Әlaqәli Xәbәrlәr