Tarixdə bu gün: 16 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1162796
Tarixdə bu gün: 16 mart

***

  1831-ci ilın bu günü fransız romantizminin görkəmli nümayəndəsi Viktor Hüqonun “Paris Notrdam kilsəsi” adlı ilk romanı işıq üzü görüb.

  Bu parlaq əsərində 29 yaşlı Hüqo 15-ci əsr Fransa paytaxtının qaynar həyatını canlandırıb. Sonralar bu əsər dəfələrlə ekranlaşdırılıb.                      

***

  Osmanlı imperatorluğu və Antanta dövlətləri arasında imzalanan Mondros sülhündən sonra Osmanlı paytaxtı İstanbul 1920-ci ilin 16 martında ikinci dəfə işğal olundu.

***

  16 mart 1921-ci ildə SSRİ Ankara Hökumətini rəsmən tanıdı və Moskva Müqaviləsi imzalandı.

  Bu müqavilə davam etməkdə olan Türkiyə Qurtuluş Savaşı zamanı Ankara Hökuməti tərəfindən beynəlxalq sahədə imzalanmış ikinci saziş idi.

***

  1948-ci ilin bu günlərində Azərbaycanın Daşkəsən şəhərinin əsası qoyulub.

  Bu şəhər ötən müddət ərzində Azərbaycanın qərb zonasında iri sənaye mərkəzlərindən birinə çevrilib.

***

  1968-ci ilin bu günü Vyetnam müharibəsi zamanı “My Lai” qətliamı törədilib.

  Amerika əsgərləri tərəfindən edilən qırğında yerli mülki vətəndaşlar qətlə yetirilib.

***

  16 mart 1988-ci ildə zəhərli qaz bombalarını daşıyan 8 təyyarə tərəfindən İraqın Hələbcə qəsəbəsinə bomba yağdırılıb.

  Dövrün ölkə başçısı Səddam Hüseynin əmri ilə təşkil olunan hücumda 5000-dən çox adam ölüb, 7000-dən artıq insan yaralanıb.

***

  Krım mübahisəli bir referendumla 16 mart 2014-ci il tarixində Ukraynadan ayrılaraq Rusiya Federasiyasına birləşdirilib.  

***

16 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Alman fiziki Georq Om (Georg Simon Ohm) 1787-ci ilin bu günü dünyaya gəlib.

  Elektrik, optika, akustika sahəsində tədqiqatlar aparan G.Om həmçinin dünya elminə elektrik dövriyyəsinin müqaviməti anlayışını gətirib.

  Bu gün Müqavimət Qanunu bütün dünyada Om qanunu kimi tanınır. (1787-1854)

***

  Rus fiziki və elektrotexniki, radionun ixtiraçısı Aleksandr Popov 1859-cu ilin 16 martında doğulub.

  Tədqiqatları elektrotexnika və radiotexnikanın müxtəlif problemlərinə, xüsusilə radio-rabitəyə aiddir.

  1888-ci ildə A.Popov alman alimi Henrix Hertsin elektromaqnit dalğalarının alınmasıyla bağlı təcrübələri təkrar edib və ilk dəfə olaraq həmin dalğalardan məsafədən siqnalların ötürülməsi üçün istifadə imkanını göstərib.

  1895-ci il mayın 7-də Popov özünün radooqəbuledicisini nümayiş etdirib. Elə buna görə də mayın 7-si uzun illər Sovet İttifaqında Radio Günü kimi qeyd olunub. (1859-1906)

***

  Məhşur ərəbşünas, akademik İqnati Kraçkovski 1883-cü ilin bu günü dünyaya gəlib.

  450-dən çox elmi əsərin müəllifi olan Kraçkovski orta əsrlər və müasir ərəb ədəbiyyatının bir çox abidəsinin mətn və tərcümələrini nəşr etdirib.

  İqnati Kraçkovski “Qurani-Kərim”i rus dilinə tərcümə edib və ona şərh yazıb.

  Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin mənbələrini araşdırıb, həmin əfsanənin İslamdan əvvəl yarandığını göstərib.

  İ.Kraçkovski Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, Hacı Zeynalabdin Şirvani, Mirzə Kazım bəy və Mircəfər Topçubaşov haqqında da elmi məqalələr yazıb. (1883-1951)

***

  Məhşur fantastik yazıçı Aleksandr Belyayev 16 mart 1884-cü ildə anadan olub.

  A.Belyayev bu günə qədər maraqla oxunan “Professor Douelin başı”, “Atlantidalı adam”, “Ölmüş gəmilər adası”, “Hava satıcısı”, “Dünya hökmdarı” və əsasında eyniadlı film çəkilən “Amfipiya adam” romanlarının müəllifidir.

  Qeyd edək ki, “Amfipiya adam” filminin əsas kadrları Bakıda Xəzər dənizi və sahillərində çəkilib. (1884-1942)

***

  Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının yaradıcılarından biri və ilk rəhbəri, ustad kamança çalan Qılman Salahov 1906-cı ilin bu günü anadan olub.

  1931-ci ildə Üzeyir Hacıbəyovun yaratdığı notlu çalğı alətləri orkestrinin solisti və dirijoru olub.

  1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında xor və rəqs ansamblının bədii rəhbəri seçilib. (1906-1974) 

***

  16 mart türk xalq ədəbiyyatı və folklor tədqiqatçısıPertev Naili Boratavun xatirə günüdür.

  2000 nağıl, 40 xalq hekayəsi, uşaq oyunları, nəğmələr, tamaşalar, mahnılar, lətifələr və şeirlərdən ibarət zəngin bir arxiv yaradıb.

  Pertev Naili Boratav 1907-ci ildə Bolqarıstanda doğulub. İstanbul Universitetinin Türk Dili və Ədəbiyyatı bölümünü bitirdikdən (1930) sonra Konyada (1931-1935) ədəbiyyat müəllimi çalışıb. 31 yaşından (1938-1948) Almaniya Universitetində (DTCF) xalq ədəbiyyatı və folklor üzrə dosent və professor vəzifələrində çalışıb.

  10 il sonra (1948) dərs verdiyi bölüm bağlandığı üçün Fransaya (1952) köçüb. Orada Mərkəzi Milli Elmi Tədqiqatlar Mərkəzində (Centre National de la Recherche scientifique) ekspert və fəxri araşdırma mütəxəssisi olaraq çalışıb. “École pratique des hautes études”də (1976) türk folkloru və Osmanlı arxiv sənədləri mövzusunda seminarlar təşkil edib.

  Pertev Naili Boratav 1998-ci ilin bu günü Parisdə dünyasını dəyişib. (1907-1998)

***

  Bu gün Azərbaycan təsviri sənətinin görkəmli sənətkarlarından biri Maral Rəhmanzadənin xatirə günüdür.

  1916-cı ildə Bakıda anadan olan Maral Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, sonra isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu (1940) bitirib.

  70 ildən artıq bir dövr ərzində Azərbaycan təsviri sənətinin zəngin ənənələrini davam etdirib, mənaca dolğun və yaddaqalan lövhələr yaradıb.

  Qrafika sahəsində xüsusilə məhsuldar çalışan Maral Rəhmanzadə yaratdığı silsilə rəsmlərdə Azərbaycanın füsunkar təbiətini böyük ustalıqla tərənnüm edib: Naxçıvan, Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini rənglərə köçürüb.  

***

  16 mart görkəmli Azərbaycan musiqiçisi, dünya caz sənətinin tanınmış nümayəndəsi, bəstəkar və pianoçu Vaqif Mustafazadənin doğum günüdür.

  Müxtəlif illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olub, “Leyli” adlı ilk qadın vokal kvartetinə, “Sevil” və “Muğam” instrumental ansambllarına rəhbərlik edib.

  Orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə Azərbaycan muğamları və xalq havalarını caz janrı üzərində yaradıcılıqla işləyib. O, “Tallin - 68”, “Tbilisi - 66” ümumxalq caz festivallarının laureatı, Monte-Karloda keçirilmiş Bəstəkarların VIII Beynəlxalq Caz Müsabiqəsinin 1-ci yer mükafatçısı olub.

***



Әlaqәli Xәbәrlәr