Tarixdə bu gün: 15 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1162709
Tarixdə bu gün: 15 mart

***

  1892-ci ilin 15 martında Cessi V.Reno (Jesse W. Reno) ixtira etdiyi eskalatorun patenti alb.

  Qeyd edəki, ekskalator binanın mərtəbələri arasında insanların daşınması üçün konveyer nəqliyyat cihazı, elektriklə çalışan hərəkətli pilləkəndir.

***

  15 mart 1921-ci ildə Osmanlının keçmiş Baş vəziri Tələt Paşa erməni deportasiyasında rol oynadığı üçün 23 yaşlı Soğomon Tehliryan tərəfindən Berlində öldürülüb.

***

  Avropa Çempion Klublar Kubokunda Qalatasaray futbol komandası 15 mart 1989-cu ildə Monako (Monaco) komandası ilə Almaniyanın Köln şəhərində qarşılaşdı, hesab heç-heçə (1-1) bitdi.

  Bu matçdan sonra Avropa Çempion Klublar Kubokunda Qalatasaray yarımfinala yüksələn ilk Türkiyə futbol komandası oldu.

***

  15 mart 2001-ci ildə İstanbul - Moskva təyyarəsi çeçen quldurlar tərəfindən qaçırıldı. Mədinəyə endirilən təyyarə ilə bağlı Səudiyyə Ərəbistanının anti-terror əməliyyatında bir türkiyəli sərnişin, bir rus stüardessa və bir çeçen qulduru öldü.

***  

15 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Eramızdan əvvəl 44-cü ilin bu günü dünya tarixinin görkəmli siyasi xadimlərindən biri sayılan Roma imperatoru Yuli Sezar bir qrup tərəfindən bıçaqlanaraq öldürülüb.

***

  Azərbaycanın görkəmli hərbi xadimlərindən biri, general-mayor və şərqşünas alim Sadıq bəy Ağabəyzadə 1865-ci ilin 15 martında Göyçayda anadan olub.

  Sadıq bəy Sankt-Peterburqda zabitlər hazırlayan Şərq Dilləri Hərbi Akademiyasını bitirib. 1914-cü ildə Birinci Dünya Müharibəsi başlananda Ukrayna cəbhəsində döyüşüb.

  Azərbaycan Xalq Cümhuriyyəti hökumətində Daxili İşlər naziri əvəzi vəzifəsini icra edən Sadıq bəy Ağabəyzadə milli hökumətin süqutundan sonra mühacirətə gedib. Polşanın Lvov Universitetində Şərq Dilləri kafedrasını yaradıb. Rus, türk, fars, ərəb, alman və polyak dillərində mühazirələr oxuyub. 1944-cü ildə vəfat edib.

  Lvovda Sadıq bəyin yaşadığı evin üstünə xatirə lövhəsi vurulub. Şəhərin prospektlərindən biri onun adını daşıyır. (1865-1944)

***                

  Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Şəmşir 1893-cü ilin bu günü Kəlbəcərdə dünyaya gəlib.

  Onun qələmə aldığı qoşma, təcnis, müxəmməs, ustadnamə, divani və başqa aşıq növlərində Azərbaycan təbiətinin gözəllikləri və saf məhəbbət tərənnüm edilir.

  Bir neçə dastan müəllifi olan Aşıq Şəmşir Azərbaycan hökuməti tərəfindən orden və medallarla da təltif olunub. 1973-cü ildə onun seçilmiş əsərləri buraxılıb. (1893-1980)

***

  Görkəmli Azərbaycan rəssamı Nəcəfqulu 1923-cü ilin 15 martında anadan olub.

  Məişət səhnələri, tarixi mövzuda kompozisiyalar və portretlər müəllifi olan Nəcəfqulu qrafika sahəsində də geniş fəaliyyət göstərib. O, 1952-1979-cu illərdə “Kirpi” jurnalının baş rəssamı olub.

  Cəlil Məmmədquluzadənin heakyələrinə, Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar Nəcəfqulu yaradıcılığının ən uğurlu səhifələridir.

  Rəssamın əsərləri Almaniya, Kanada və digər ölkələrdə nümayiş etdirilib. (1923-1990)

***



Әlaqәli Xәbәrlәr