Tarixdə bu gün: 13 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1159656
Tarixdə bu gün: 13 mart

***

  624-cü ildə məkkəlilərin ziyarətə gələn müsəlmanları zorla şəhərdən çıxarmaları və onların mallarını qarət etmələri nəticəsində müsəlmanlar və inancsız məkkəlilər arasında Bədr Müharibəsi baş verdi. 13 martda müharibəni müsəlmanlar qazandı.

***

  Günəş sisteminin yeddinci planeti olan Uran alman mənşəli İngiltərə astronomu Uilyam Gerşel tərəfindən 13 mart 1781-ci ildə kəşf edildi.

***

  1840-cı ilin 13 martından başlayaraq 30 il ərzində (1870) Osmanlı imperiyasındaHicri təqvimi ilə yanaşı Rumi təqvimi də işlədilməyə başlandı.

***

  2013-cü ilin 13 martında argentinalı kardinal Xorqe Mario Berqolio (Jorge Mario Bergoglio) katolik dünyasının 266-cı Papası seçildi.

  Berqolio 1000 illik Avropa tarixində xaricdən seçilən və Latın Amerikasından olan ilk Papa sayılır.

***

13 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Böyük ingilis təbiətşünası Çarlz Darvin (Charles Robert Darwin) 1809-cu ilin bu günü dünyaya gəlib.

  Darvinin təkamül nəzəriyyəsi 19-cu əsrdə təbiətşünaslıqda əsl inqilaba səbəb olub.

  Bu nəzəriyyə istər öz dövründə, istərsə də bu gün kəskin tənqid edilməkdədir. (1809-1882)

***

  Sovet dövrünün məhşur pedaqoqu və yazıçısı Anton Makarenko 1888-ci ilin 13 martında anadan olub.

  Pedoqoji fəaliyyətə 22 yaşında (1910) başlayan Makarenkonun “Pedoqoji poema”, “Valideynlər üçün” kitabları bütün dünyada tanınır. 

  Anton Makarenko 1930-cu ildə Azərbaycanda olub və “30-cu ilin marşı” povestində Bakı ilə bağlı xatirələrini qələmə alıb. (1888-1939)

***



Әlaqәli Xәbәrlәr