Tarixdə bu gün: 8 mart
Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.
***
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür, tarixi 1857-ci ilə gedib çıxır.
Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz tətili qəbul edilir.
İllər sonra 1908-ci ildə Nyu-Yorkda 15000 qadın qısa çalışma saatı, yaxşı maaş və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə yaxşı həyat tərzini ifadə edirdi.
1909-cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd etmişlər.
1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra) Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalı qurultayında Klara Setkin (Clara Zetkin) adlı alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və bu təklif qəbul olundu.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası isə 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etdi. Beləliklə, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması bu tarixdən başlandı.
***
1824-cü ilin bu günü 13 yaşlı Ferents List Parisdə özünün ilk konsertində Fransa tamaşaçılarını virtuoz ifası ilə heyrətə gətirdi.
Konsertə dirijorluq edən məhşur bəstəkar Coakkino Rossini özü də balaca pianoçunun ifasına elə valeh olur ki, musiqiçilərə göstərişlər belə verməyi unudur.
Ertəsi gün Paris qəzetləri balaca Ferents haqqında yazırdı: “Motsartın qəlbi Listin bədəninə qonub. Onun ayağı royalın pedalına güclə çatsa da, artıq Avropanın birinci piano ifaçısıdır.”
***
1906-cı ilin 8 martında Moro Krateri qətliamı baş verib.
Amerika Birləşmiş Ştatları 1898-ci ildə İspaniya ilə müqavilə bağlayaraq 20 milyon dollar qarşılığında Filippini satın aldı, ancaq xalq buna qarşı çıxdı.
1902-ci ildə dövrün ABŞ prezidenti Teodor Ruzvelt (Theodore Roosevelt) Filippin müharibəsinin sona çatdığını, amma bunun Moro xalqına aid olmadığını bildirdi. Onun əmrilə Amerika əsgərləri Moro kraterində gizlənmiş, aralarında qadın və uşaqların da olduğu 600 müsəlman filipinlini qətl etdi.
***
8 mart 1955-ci ildə Türkiyənin ilk xərçənglə mübarizə dispanseri açılıb.
***
1974-cü ilin 8 martından Fransanın paytaxtı Parisin Şarl de Qoll (Charles de Gaulle) aeroportu fəaliyyətə başladı.
***
8 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1403-cü ilin bu günü Osmanlı sultanı İldırım Bəyazid vəfat edib.
Bəyazidin başçılıq etdiyi türk qoşunları Balkan yarımadası və Anadolu ərazisinin xeyli hissəsini ələ keçirmiş, səlibçilərin ən güclü ordularını darmadağın etmişdi. Lakin 1402-ci ildə Əmir Teymurla döyüşdə məğlub oldu və əsir düşdü.
Osmanlı sultanı 1403-cü ilin 8 martında əsirlikdə 43 yaşında vəfat etdi. (1360-1403)
***
1944-cü ilin bu günü yumoristik əsərlərin müəllifi, tanınmış Türkiyə yazıcısı və jurnalisti Hüseyn Rahmi Gürpınar dünyasını dəyişib.
***
8 mart Azərbaycan yazıçısı və kinossenarist Həsən Seyidbəylinin xatirə günüdür.
1920-ci ildə Bakıda doğulan Həsən Moskva Kino İnstitutunun rejissorluq fakültəsini bitirib. Vətənə döndükdən sonra uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib, sonra Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri olub.
20-dən çox kitabın, o cümlədən, İmran Qasımovla qəhrəman Mehdi Hüseynzadə haqqında yazdığı “Uzaq sahillərdə” romanının həmmüəllifi, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və digər məhşur Azərbaycan filmlərinin rejissorudur.
Həsən Seyidbəyli 1980-ci ilin bu günü dünyasını dəyişib. (1920-1980)
***
8 mart 1948-ci tapdığı bir dəri xəstəliyi ilə dünya tibb tarixinə "Behcət xəstəliyi”nin müəllifi kimi daxil olan türkiyəli, dəri və zöhrəvi xəstəliklər üzrə akademik və professor Hulusi Behcət İstanbulda həyatını itirib.
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.