Tarixdə bu gün: 7 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1157392
Tarixdə bu gün: 7 mart

***

  1876-cı ilin 7 martında Aleksandr Qrehem Bell (Alexander Graham Bell) telefon adlandırdığı ixtiranın patentini aldı.  

***

  1917-ci ilin bu günü musiqi tarixinin ilk caz valı Amerikada satışa çıxarıldı.

***

  1969-cu ilin 7 martında Qolda Meirİsrailin ilk qadın baş naziri oldu.

***

  7 mart 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının “Voyager I” kosmik gəmisi Yupiter və Uran kimi Saturnun da halqalara malik olduğunu kəşf etdi və şəkillərini Yer kürəsinə göndərdi.

***

  1979-cu ilin bu günü Türkiyə ilə SSRİ arasında neft müqaviləsi imzalandı.

***

 7 mart 1984-cü ildə Şimali Kıbrısın bayrağı Şimali Kipr Türk Cümhuriyyəti Məclisi tərəfindən təsdiq olundu.

***

  1989-cu ilin 7 martında İran İngiltərə ilə diplomatik əlaqələrini kəsdiyini bəyan etdi.

  Qeyd edək ki, bu o dövr idi ki, İranın Qərblə münasibətləri 1980-ci ildə başlayan və 8 il davam edən İran-İraq müharibəsi zamanı qopma nöqtəsinə gəlmişdi.

***

7 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Martın 7-si Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin xatirə günüdür.

  1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan, yaradıcılığında məhəbbət lirikası əsas yer tutan Aşıq Ələsgərin şeirləri aşıq ədəbiyyatının yüksək sənətkarlıq nümunələridir. O, orijinal bədii təsvir vasitələri işlədərək aşıq poeziyasının bütün növlərində şeir qoşub, yeni saz havaları yaradıb.

  Bütün Qafqazda və türk xalqları arasında geniş şöhrət qazanmış Aşıq Ələsgər 1926-cı ildə 105 yaşında vəfat edib. (1821-1926)

***

  7 mart Dağıstan xalqının Rusiya imperiyasına qarşı milli-azadlıq hərəkatının lideri Şeyx Şamilin xatirə günüdür.

  25 il bu hərəkata rəhbərlik edən Şeyx Şamil 1859-cu il avqustun 25-də özünün 400 müridi ilə birlikdə mühasirəyə düşərək əsir alınıb və Kaluqada sürgün həyatı yaşayıb. 1870-ci ildə ona Məkkəyə ziyarətə getməyə icazə verilib. Bir il sonra (1871) Şeyx Şamil Mədinə şəhərində vəfat edib. (1799-1871)

***

  Məhşur fransız bəstəkarı Moris Jozef Ravel (Joseph-Maurice Ravel) 1875-ci ilin bu günü anadan olub.

  Paris Konservatoriyasını bitirən Ravel yaradıcılığında impressionizm prinsiplərini inkişaf etdirib.

  Onun musiqisində ispan melodiya və ritmləri üstünlük təşkil edir.

  Ravelin əsərləri arasında “Dafnis və Xloya” baleti ilə “Övlad və sehrbazlıq” operası daha böyük şöhrət qazanıb. (1875-1937)

***

  1990-cı ilin 7 martında Türkiyənin tanınan jurnalisti Çetin Emeç həyatdan köçüb.  

  “Hürriyyət” qəzetinin Baş redaktoru, jurnalist və yazıcı Çetin Emeç və sürücüsü Əli Sinan Ercan sui-qəsd nəticəsində öldürülüb.

***

 



Әlaqәli Xәbәrlәr