Tarixdə bu gün: 6 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1157432
Tarixdə bu gün: 6 mart

***

  1714-cü ilin 6 martında ingilis mühəndis Henri Millçapmakinasının (doktila) patentini aldı.

***

 6 mart 1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin təsnifatını verən ilk dövri cədvəli açıqlayıb.

***

  1902-ci ilin 6 martında FİFA tərəfindən “20-ci əsrin ən yaxşı futbol komandası” kimi dəyərləndirilən Real Madrid Futbol Klubu yaradılıb.

***

  1946-cı ilin bu günü ilk uğurlu yüksək sürətli elektron kompüter "Eniac" ABŞ-da istifadəyə girdi.

  "Eniac" elektron-rəqəmsal kompüterə gedən yolda atılmış böyük addımlardan biri kimi 1955-ci ilə qədər istifadə olundu.

***

  6 mart Afrikanın qərbində yerləşən Qana Respublikasının milli bayramıdır.

  Qana 1957-ci il martın 6-da öz müstəqilliyini bəyan edib. O vaxta qədər bu ölkə Böyük Britaniyanın idarəsi altında idi.    

***

 6 mart 1964-cü ildə müsəlmanlığı qəbul etmiş Kassius Kley (Cassius Clay) rəsmi olaraq Məhəmməd Əli adını aldı.

  Bütün zamanların ən yaxşı boksçusu kimi qəbul edilən Məhəmməd Əli karyerası boyu yalnız 5 oyun uduzub.

***

 1995-ci ilin 6 mart tarixində Türkiyənin 1963-cü ildə imzaladığı Ankara Sazişilə başladığı Avropaya inteqrasiya prosesində daha bir addım atıldı: Avropa İttifaqı üzvü olan 15 ölkə ilə Türkiyə arasında Gömrük Birliyi Müqaviləsi imzalandı.

***

6 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Avropa intibahının dahi nümayəndələrindən biri – rəssam, heykəltaraş və memar Mikelancelo (Michelangelo Buonarroti) 1475-ci ilin bu günü dünyaya gəlib.

  1505-ci ildə Papa II Yuli Mikelancelonu Romaya çağıraraq onun məqbərəsini yaratmağı təklif edir. Heykəltaraşın abidəsi öz möhtəşəmliyi və gözəlliyi ilə hamını heyran edir. Onun “Kentavrların döyüşü”, “Üsyankar qul”, “Can verən qul”, “İşığın zülmətdən ayrılması”, “Adəmin yaranması”, “Dünya daşqını” əsərləri də bu qəbildəndir.

  Mikelancelonun rəngkarlıq əsərlərindən ən möhtəşəmi isə Vatikandakı Sikstin kapellasıdır. (1475- 1564)

***

  6 mart Azərbaycan Xalq Cümyuhiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı dahi Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür.

  Məhəmməd Əmin hələ 17 yaşında ikən Azərbaycanda Rusiya müstəmləkəçiliyinə qarşı ilk siyasi təşkilatı – Müsəlman Gənclik Təşkilatını yaradıb. Elə həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib.

  M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb. (1884-1955)

***

  1889-cu ilin bu günü özbək şairi, maarifçisi və ictimai xadimi Həmzə Həkimzadə Niyazi dünyaya gəlib.

  Həmzə Həkimzadə yaradıcılığı ilə 20-ci əsr özbək ədəbiyyatının formalaşmasına güçlü təsir göstərən ədibdir. (1889-1929)

***

  6 mart milli və tarixi hekayələri ilə tanınan Türkiyə yazıçısı Ömər Seyfəddinin xatirə günüdür. O, 1920-ci ilin bu günü 36 yaşında dünyadan köçüb.

***

 



Әlaqәli Xәbәrlәr