Tarixdə bu gün: 5 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1156991
Tarixdə bu gün: 5 mart

***

  5 mart 1912-ci ildə İtaliya ordusu ilk dəfə olaraq hava balonlarından  hərbi məqsədlə istifadə etdi. Belə ki, italiyalılar bu təyyarələri Türkiyənin müdafiə xətlərində kəşfiyyat aparmaq üçün göndərdilər.

***

  5 mart 1933-cü ildə Almaniyada keçirilmiş seçkilərdə Milli Sosialist Alman İşçi Partiyası səslərin 43,9 faizini qazanaraq hakimiyyətə gəldi.

***

  1933-cü ilin 5 mart tarixində “ABŞ böyük böhranı”nın nəticəsi olaraq ölkə prezidenti Franklin Ruzvelt bütün bankları bağladı və maliyyə əməliyyatlarını dayandırdı.

***

  Hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən keçirilir.  

  Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci  il  martın  5-də dövrün ölkə prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

  Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkədə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.

  2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu.

  Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.

***     

5 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün keçmiş SSRİ-nin Baş katibi Stalinin vəfatı günüdür.

  Əsil adı İosif Vissarionoviç Cuqaşvili olan Stalin 30 ilə yaxın Sovet İttifaqına rəhbərlik edib.

  Son dərəcə ziddiyyətli şəxsiyyət olan Stalin tarixin yaddaşında həm İkinci Dünya Müharibəsində qazanılan qələbənin görkəmli rəhbəri, həm də 15 sovet respublikası xalqlarını qan içində boğan, dəhşətli repressiyalara yol verən diktator kimi qalıb. (1879-1953)

***

  5 mart Rusiyanın məhşur şairəsi Anna Axmatovanın xatirə günüdür.

  1912-1914-cü illərdə işıq üzü görən şeir kitabları ilə poeziya həvəskarlarının böyük rəğbətini qazanan A.Axmatova Oktyabr İnqilabını qəbul etmirdi.

  Birinci Dünya Müharibəsi illərində vətənpərvərlik ruhunda şeirlər yazan Anna Axmatova yaradıcılığının zirvəsi “Qəhrəmansız poema” adlı lirik-epik əsəri sayılır. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. (1889-1966)

***



Әlaqәli Xәbәrlәr