Tarixdə bu gün: 27 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1151423
Tarixdə bu gün: 27 fevral

***

  27 fevral 1863-cü ildə Türkiyədə ilk rəsm sərgisi İstanbulun At Meydanında açılıb. Sərginin açılmasına Sultan Əbdüləziz dəstək verib.

  19-cu əsrin ortalarında bütün dünyada, xüsusilə, Qərbdə müxtəlif sərgilərin keçirilməsi adi hal almışdı. Sultan Əbdülməcid London və Parisdəki sərgilərdə iştirak edirdi. O, vəfat etdikdən sonra yerinə sultan olan Əbdüləzizin mədəni tədbirlərə daha çox marağı olduğu üçün Osmanlı dövlətində də sərgilər təşkil olunmasını istədi.

  Osmanlının Ümumi Sərgisi (Sergi-i Umumi-i Osmani) adı altında keçirilən ilk sərgidə imperiyanın tarixinə dair rəsm əsərlərilə yanaşı, ölkədə yetişən məhsullar və Avropadan yeni ixtiralar da nümayiş edilirdi.

***

  27 fevral 1879-cu ildə amerikalı kimyacı Konstantin Fehlberq (Constantin Fahlberg) "saxarin" adı verilən süni maddə tapdı.

  Hazırda şəkər xəstələri üçün dərman və qida sənayesində bir çox məhsula qatılan saxarin əslində bir təsadüf nəticəsində aşkara çıxmışdı.

  Konstantin Fehlberq Cons Hopkins (Johns Hopkins) Universiteti İdarə Heyətinin ikinci məsul şəxsi İra Remsenlə birlikdə mədən kömürü qətranı üzərində çalışarkən təsadüfən “saxarin” maddəsini tapıb. O, 1884-cü ildə saxarin maddəsinin patentini alıb.

***

  1914-cü ilin 27 fevralında Türkiyə aviasiyası ilk şəhidlərini verib.

  Pilotlar Fetih bəy və Sadık bəyin istifadə etdiyi “Muavenet-i Milliye” təyyarəsi İstanbul-Qahirə səfərinə başladı. Konya, Ulukışla, Adana, Humus və Dəməşq üzərindən Qahirəyə uzanacaq bu hava səyahəti Dəməşqə qədər problemsiz davam etdi. Ancaq Dəməşqin Təbəri (Tabaruye) rayonu yaxınlığında hava axınına düşərək qayalara çırpıldı və düşdü. Pilotlar Fetih bəy və Sadik bəy dünyasını dəyişdi.

  Balkan müharibəsindən məğlub çıxan Osmanlı hökuməti bu hava səyahəti ilə xalqda ruh yüksəkliyi yaradacağını düşünmüşdü.  

***

  1917-ci il fevralın 27-də Rusiyada Fevral İnqilabı baş verdi. Nəticədə çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu, monarxiya rejimi devrildi və müvəqqəti hökumət yarandı.

***

  1918-ci ilin bu günü ermənilər daha bir dəhşətli soyqırım törədiblər: Andronikin başçılıq etdiyi quldur dəstələri Türkiyənin Ərzincan vilayətində 800 nəfəri qətlə yetiriblər.

***

  1933-cü ildə Almaniyanın paytaxtı Berlində faşitlər ölkə parlamentinin binasını – Reystaqı yandırıblar. Sonradan bu hadisəyə görə bolqar Dmitrovu ittiham ediblər. Lakin o, məhkəmədə bəraət qazanıb.  

***

  Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (İnternational Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.

  Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri qütb buzlaqlarının əriməsidir. Ağ ayıların məhv olmasının digər əsas səbəbi isə ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.

  Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı, qonur ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa uyğunlaşıb. 

 

27 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məhşur Amerika şairi Henri Lonqfello (Henry Wadsworth Longfellow) 1807-ci ilin bu günü anadan olub. O, “Gecə səsləri”, “Köləlik nəğmələri”, “Köçəri quşlar” şeir kitablarının, “Hiperion”, “Kavana” romanlarının müəllifidir.

  Hinduların təqib olunmasına və zəncilərin köləliyinə qarşı etiraz səsini ucaldan Henri Amerika hindularının folkloru əsasında “Hayavata haqqında nəğmə” poemasını yazaraq burada cəsur və yenilməz hindu obrazları yaradıb.

  H.Lonqfello filoloq alim kimi də tanınır. Onun “Rövşən bəy – Koroğlunun atlanışı” şeirini Azərbaycan dilinə Cəfər Cabbarlı tərcümə edib. (1807-1882)

***

  1947-ci ilin 27 fevralında "Amca bey", "Əfruz bəy", "Yaltaq” (Dalkavuk), "Ağla qara", "Yeni zəngin" obrazlarının yaradıcısı, Türkiyə karikaturasının ustalarından biri Camal Nadir Güler dünyadan köçüb.

  Camal Nadir yaratdığı obrazlarla cəmiyyətdəki əyrilikləri, cəhaləti, mənfəətpərəstləri, ikiüzlü insanları və yaltaqları tənqid edirdi.  



Әlaqәli Xәbәrlәr