Tarixdə bu gün: 23 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1149944
Tarixdə bu gün: 23 fevral

***

  1904-cü ilin 23 fevralında ABŞ Panama kanalının nəzarətini 10 milyon dollara satın alıb.

***

  23 fevral 1918-ci ildə Lev Trotski tərəfindən Qırmızı Ordu yaradıldı. Bu ordu 1917-ci il Oktyabr İnqilabından sonra çar ordusuna qarşı döyüşmək üçün fəhlə və kəndlilərdən təşkil olunaraq quruldu.

  L.Trotskinin rəhbərliyi altında Qırmızı Ordu çar tərəfdarı olan Ağ Qvardiyaya qarşı da mübarizə aparırdı.

  Qeyd edək ki, "qırmızı" adı fəhlə sinfinin təmsili rəngi olaraq qəbul edilmişdi.

  1946-cı ildə Qırmızı Ordu adı SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) Silahlı Qüvvələri adlandırıldı.

***

  1919-cu ilin 23 fevralında Benito Mussolini İtaliya Faşist Partiyasını qurdu.

***

  Sevr müqaviləsini dəyişdirmək üçün 1921-ci ilin 23 fevralında Londonda konfrans təşkil olundu. Konfransda razılaşma əldə olunmadı, 12 martda isə ləğv edildi.  

***

  1944-cü ilin 23 fevral günü SSRİ-nin Baş katibi İosif Stalin əmr verdi və o gündən çeçen və inquşların Şimali Qafqazdan Orta Asiya və Sibir çöllərinə deportasiyası başlandı. Bu köçlər nəticəsində yüz minlərlə çeçen və inquş doğma torpaqlarından didərgin düşdü. Təxminən 13 il sonra onların geri qayıtmalarına icazə verildi.

***

  1945-ci ilin 23 fevralında Türkiyə və Amerika Birləşmiş Ştatları ikitərəfli yardım müqaviləsi imzaladı.

***

  23 fevral 1945-ci ildə Türkiyə faşist Almaniyası və Yaponiya İmperatorluğuna müharibə elan etdi.

***

  1987-ci ildə kanadalı astronom Şelton Çilidəki Las-kampas rəsədxanasında CH - 1987 – A ulduzunun parıltısını qeydə alıb. Bu hadisə bizim qalaktikaya ən yaxın Böyük Mazellan Buludu adlanan qalaktikada yeni planetin kəşfi idi.

***

  1994-cü ilin 23 fevralından cib telefonları xidmətə təqdim olundu, mobil telefon şəbəkələri yaradıldı və ölkələrə yayılmağa başlandı.

 

23 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli Azərbaycan ədəbiyyatşünası, akademik Həmid Araslı 1909-cu ilin bu günü dünyaya gəlib. 1970-81-ci illərdə Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.

  Həmid Araslı “Kitabi-Dədə Qorqud” dastanı, Nizami, Füzuli kimi şairlərin əsərlərinin elmi və kütləvi nəşrlərinin hazırlanmasında böyük xidmətlər göstərib.

  “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” findamental tədqiqatın, klassik ədəbi irslə bağlı çoxlu sayda kitabın müəllifi olan Həmid Araslı həm də Türkiyə Dilçilik Cəmiyyətinin fəxri üzvü və İraq Akademiyasının fəxri akademiki idi. (1909-1984)

***

  23 fevral Azərbaycanın görkəmli sənətkarlarından biri, Xalq artisti Həsən Turabovun xatirə günüdür. 

  Lirik-psixoloji aktyor oyunu ilə səciyyələnən H.Turabov az müddətdə baş rolların mahir ifaçısı kimi diqqəti cəlb etdi, teatrın və sonralar kinonun aparıcı sənətkarlarından biri oldu.

  “Kəndçi qızı”, “Ölülər”, “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı” tamaşalarında güclü xarakterlər yaradıb.

  Həsən Turabovun “Yeddi oğul istərəm” filmində ifa etdiyi Gəray bəy rolu Azərbaycan kino sənətinin ən gözəl nümunələrindəndir. (1938-2003)

***

  Etnoqrafiya üzrə görkəmli Azərbaycan mütəxəssisi, tarix elmləri doktoru Qəmərşah Cavadov 1938-ci ilin 23 fevralında anadan olub.

  O, Azərbaycan ənənəvi əkinçilik alətlərini toplayaraq onların tipoloji növlərini aşkarlayıb, forma və variantlarını bərpa edərək xəritələşdirib, bir sözlə, azərbaycanlıların dünya xalqları arasında özünəməxsus əkinçilik texnikasına və ənənəyə malik olduğunu sübuta yetirib.

(1938-2005)

***

 

  Futbolun ulduzlarından biri, dünya və SSRİ çempionatlarının bürünc mükafatçısı Anatoli Banişevski 1946-cı ilin bu günü anadan olub.

  O, hələ 15 yaşında ikən keçmiş SSRİ-nin ən istedadlı və mahir futbolçularından sayılan, Bakının “Neftçi” komandasının ulduzu olan A.Banişevski 17 yaşında SSRİ-nin seçmə kollektivi heyətinə qəbul edilib. Böyük futbolda olduğu müddətdə 100-dən çox qol vurub.

***



Әlaqәli Xәbәrlәr