Tarixdə bu gün: 22 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1149065
Tarixdə bu gün: 22 fevral

***

    1819-cu ilin 22 fevral tarixində İspanya Floridanı Amerika Birləşmiş Ştatlarına 5 milyon dollara satdı.

***

  1848-ci ilin bu günü Fransanın paytaxtı Parisdə fəhlələr ayağa qalxdı. Bununla da 2 il boyu Avropanı alt-üst edəcək fəhlə inqilabları başladı. Fransadan qalxan və qısa müddətdə bütün Avropanı təsiri altına salan Boyük Fransa İnqilabı torpaq islahatının gecikməsi, kənd təsərrüfatının geriləməsi və burjuaziyanın daha çox zənginləşməsinə etiraz olaraq baş verdi. Bir çox ölkədə hakimiyyət dəyişikliklərinə yol açan bu inqilab Fransada ikinci respublikanın qurulmasına gətirib çıxardı.

***

  1933-cü ilin 22 fevralında Türkiyənin İstanbul şəhərində məhşur “Vaqon-Li” hadisəsi baş verib.

  “Vaqon-Li” (Wagons-Lits) Fransa dəmiryolu şirkətinin müdiri telefonda türkcə danışan məmuru Naci Bəyə şirkətin rəsmi dilinin fransız olduğunu bildirərək, pul və işdən 15 günlük uzaqlaşdırma cəzaları verir.

  Bu vəziyyət dövrün qəzetlərində əks olunduqdan sonra aralarında Peyami Safa, Cahit Arif kimi tanınmış adamların da olduğu Darülfünun ve Milli Türk Tələbə Birliyi gəncləri yığışıb şirkətin Beyoğlundakı şirkət dəftərxanası qarşısında etiraz aksiyaları keçirdilər və olaylar böyüdü.

  Baş verən hadisələrlə əlaqədar şirkət rəhbərliyi Naci Bəyi yenidən işə qəbul etdi. Bundan sonra bir çox xarici şirkət yerli dövlət dilindən - Türkiyə türkcəsindən istifadə etməyə və "Vətəndaş, türkcə danış!” kampaniyasına başladı.

  Qeyd edək ki, “Vaqon-Li” (Wagons-Lits) şirkəti Türkiyə Cümhuriyyəti qurulduqan sonra Osmanlı dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirildi və dövlət balansına daxil edildi.

***

  1944-cü ilin 22 fevralında Amerika Birləşmiş Ştatlarının döyüş təyyarələri Hollandiyanın (Niderland) Neymeqen (Nijmegen), Arnem (Arnhem), Enshede (Enschede) və Deventer (Deventeri) şəhərlərini səhvən bombaladı. Təkcə Neymeqendə 800 nəfər dünyasını dəyişdi.

***

  Bu gün Türkiyə tarixinə 1962-ci il 22 Fevral Qiyamı (çevriliş cəhdi) olaraq düşüb.

  Ankarada Ali Hərbi Məktəb komandiri, polkovnik Talat Aydemir və yoldaşları hökumət çevrilişi etmək istədilər, ancaq cəhdetmə yatırıldı. Qiyama qatılan zabitlər təcili təqaüdə çıxarıldı, bəzi yüksək vəzifəli zabitlərin isə yerləri dəyişdirildi. Hökumət söz verdiyi kimi etdi: qiyamçıları bağışladı.

***

  1990-cı ildə Böyük Britaniya hökuməti “Cinayət qurbanlarının xatriyası” adlı sənədi beynəlxalq müzakirəyə çıxardı. BMT-nin himayəsini qazanan bu təşəbbüsə əsasən, fevralın 22-si Cinayət Qurbanlarına Beynəlxalq Dəstək Günü kimi qeyd olunur.

***

  Azərbaycan prezidentinin 2008-ci il 20 fevral tarixli sərəncamı ilə 22 fevral ölkədə Avtomobil Yol İşçilərinin Peşə Bayramı kimi qeyd edilir.

  

22 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Amerikanın məhşur dövlət xadimi Corc Vaşinqton (George Washington) 1732-ci ilin bu günü dünyaya gəlib. O, 1775-1783-cü illər istiqlaliyyət müharibəsi zamanı Amerika ordusunun baş komandanı olub və partizan dəstələri ilə birlikdə İngiltərənin nizami qoşunlarını məğlubiyyətə uğradıb.

  1787-ci ildə Vaşinqtonun sədrliyi ilə Amerika Birləşmiş Ştatlarının konstitusiyası hazırlanıb. Həmin konstitusiya bəzi dəyişikliklərlə indi də qüvvədədir.

  Corc Vaşinqton 1789-1797-ci illərdə Şimali Amerika dövlətinin ilk prezidenti olub. 1799-cu ildə 67 yaşında dünyasını dəyişib. (1732-1799)

***

  Dünyaşöhrətli böyük bəstəkar Frederik Şopen (Fryderyk Franciszek Chopin) 1810-cu ilin 22 fevralında Polşanın paytaxtı Varşavada dünyaya gəlib.

  Fortepianoda çalmağı kiçik yaşlarından öyrənən Şopen 7 yaşından konsertlər verib.

  1830-1831-ci illər Polşa üsyanının faciəli aqibəti Şopeni sarsıdıb, keçirdiyi ağır həyəcanlar məhşur “İnqilabi etüd” əsərində öz əksini tapıb. “Matəm marşı” isə Şopen yaradıcılığının zirvəsi sayılır.

  Frederik Şopen 1831-ci ilin payızından Parisdə yaşayıb, burada dünyasını dəyişib və Per-Laşez qəbiristanlığında dəfn olunub. (1810-1849)

***

  Məhşur alman fiziki Henri Herts (Heinrich Rudolf Hertz) 1859-cu ilin bu günü Hamburqda anadan olub.

  Əsas tədqiqatları banisi olduğu elektrodinamika və mexanikaya aiddir. O, elektromaqnit dalğalarının mövcudluğunu təcrübədə isbat edib, xassələrini öyrənib və elektromaqnit dalğalarının eyniliyini müəyyənləşdirib.

  Tezlik vahidi Herts onun adını daşıyır. (1857-1894)

***

  22 fevral Azərbaycanın Xalq artisti, kinoaktyor, memar, rəssam və tanınmış estrada müğənnisi Mirzə Babayevin xatirə günüdür.

1913-cü ildə dünyaya gələn Mirzə Babayev Bakı Sənaye İnstitutunun memarlıq fakültəsini, konservatoriyanın isə vokal şöbəsini – Bülbülün sinfini bitirib, Azərbaycan Dövlət Caz Orkestrinin ilk solistlərindən olub.

  Azərbaycan bəstəkarlarının 500-dən çox mahnısı onun ifasında populyarlaşıb. 20-dək bədii filmdə müxtəlif rolları məharətlə ifa edib.

  Mirzə Babayev 2003-cü ilin bu günü 89 yaşında dünyasını dəyişib. (1913-2003)

***



Әlaqәli Xәbәrlәr