Tarixdə bu gün: 15 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1145024
Tarixdə bu gün: 15 fevral

 ***

  1820-ci ilin 15 fevral günü Kopenhagen Universitetində elektrikə həsr olunmuş növbəti mühazirə fizika professoru Ersted elektrikin maqnit təsirini kəşf edib.

  Təcrübələr zamanı naqildən elektrik cərəyanı keçirilərkən onun altındakı kompasın maqnit oxu tərpənib və özünün adi vəziyyətindən yayınıb. Bununla da elektromaqnitizm haqqında elmin bünövrəsi qoyulub.

***

  1989-cu ilin 15 fevralında SSRİ-nin 9 il davam edən Əfqanıstan müharibəsi son hərbi birliklərin geri çəkilməsilə başa çatdı.  

  Əfqanıstandan çıxan Sovet ordusunun sonuncu hərbi harvanı Özbəkistanın Termez dəmiryol stansiyasının yaxınlığındakı Pənc çayı körpüsündən qayıdıb.

  Əfqanıstandakı kommunist hökumətin əfqan mücahidlərə qarşı SSRİ-ni köməyə çağırması ilə başlayan müharibədə təxminən 15 min sovet əsgəri və bir milyona yaxın Əfqanıstan vətəndaşı həyatını itirib.

  Bu müharibədə Sovet ordusu tərkibində çox sayda həlak olan və ömürlük şikəst qalan Azərbaycan vətəndaşları da olub.

  Qeyd edək ki, müharibə zamanı yerli mücahidlər Amerika, İngiltərə və Pakistandan dəstək alırdı. Bununla belə, müharibə bitsə də, Əfqanıstanda hələ daxili sabitlik təmin olunmayıb: ölkədə 20 ildən artıqdır ki, vətəndaş müharibəsi gedir.

***

15 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  E.Ə. 399-cu ilin 15 fevral günü dünyada Əxlaq Fəlsəfəsinin banisi kimi qəbul edilən, məhşur antik yunan filosofu Sokrat (Socrates) “yunan allahlarına qarşı gəldiyi” və “gənclərin mənəviyyatını pozması” iddiaları ilə ölümə məhkum edilib.

  Təvazökar xasiyyəti, bəzi qəribə vərdişləri olan, amma fəlsəfədən başqa heç bir işi olmayan Sokrat, başda şagirdi Platon olmaqla, digər yunan gəncləri üzərində onu təqlid edəcək dərəcədə böyük təsir yaratmışdır. Gənclər onun kimi ayaqyalın gəzir, saçlarını uzadır, günlərlə ac qalırdılar.

  Sokratın ölümündən sonra onun xatirəsini canlı saxlamaq üçün əsərlər qələmə alınıb, hətta "Meqara", "Sinik", "Kirene", "Elis-Eteria” adlı məktəblər yaradılıb.  

***

  İtaliyanın dahi fiziki, mexanik, astronom və filosof Qalileo Qaliley 1564-cü ilin 15 fevralında anadan olub. Təbiətşünaslığın banilərindən biri, Kopernikin davamçısı kimi tanınan alimin əsas tədqiqatları cisimlərin ağırlıq mərkəzi və ətalət qüvvəsi ilə bağlıdır. Bundan başqa, o, özünün qurduğu teleskopla Yupiterin 4 peykini, Ay səthindəki dağları, Günəşin fırlanması və ondakı ləkələri, Veneranın qatlarını kəşf edib və sübut edib ki, qalaktika külli miqdarda ulduzlardan ibarətdir.

  Qalileo Qalileyin fəlsəfə, musiqi və rəssamlığa dair də əsərləri var. (1564-1642)

***



Әlaqәli Xәbәrlәr