Tarixdə bu gün: 7 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1138554
Tarixdə bu gün: 7 fevral

***

  1945-ci ilin 7 fevralında müttəfiqlər – İngiltərənin Baş naziri Uinston Çörçill, ABŞ prezidenti Franklin D.Ruzvelt və SSRİ-nin Baş katibi İosif Stalin Qara dəniz sahilində gizli bir yerdə Almaniyaya qarşı müharibənin sonu və Avropanın gələcəyi mövzularını müzakirə ediblər.

***

  1971-ci ilin 7 fevralında İsveçrədə qadınlara səsvermə hüququ verilib.

***

  1973-cü ilin 7 fevralında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, Maraş rayonuna "Qəhrəman" adı verilib və o, Kahramanmaraş olaraq dəyişdirilib. Qeyd edək ki, Maraş Qurtuluş Savaşı zamanı Fransa işğalçılarına qarşı yerli mübarizəsinə görə TBMM tərəfindən “İstiqlal medalı” verilən ilk rayon olub.

***

  1974-cü ilin 7 fevralında Karib dənizi hövzəsində yerləşən Qrenada müstəqilliyini elan edib. Bu kiçik dövlətin ərazisi cəmi 344 kvadrat kilometr, əhalisi isə 100 min nəfərdir. Qeyd edək ki, Kiçik Amtil arxipelaqındakı bu adanı 1498-ci ildə Xristofor Kolumb kəşf edib. 1783-cü ildə isə Qrenada Britaniya müstəmləkəsində olub. (Bu gün müstəqil Qrenada İngiltərə Birliyinin üzvüdür.)  

***

  1995-ci ilin 7 fevralında “Discovery” kosmik raketilə Rusiyanın “Mir” kosmos stansiyası arasında tarixi görüş gerçəkləşib.

***

  1996-cı ilin 7 fevralında Türkiyənin “Bir-Gen Air” şirkətinə məxsus  “Boeing 757” sərnişin təyyarəsi Dominikan Respublikası yaxınlığında Atlantik okeanına düşüb və 189 nəfər həlak olub.

***

  2007-ci ilin 7 fevralında Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında Tiflisdə imzalanıb.

***

  2009-cu ilin 7 fevralında Avstraliyada ölkə tarixinin ən böyük yanğını baş verib. Viktoriya ştatında "Qara şənbə" günü baş verən yanğında 173 nəfər həyatını itirib, 414 nəfər isə yaralanıb.

***

   7 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

***

  1478-ci ilin 7 fevralı İngiltərənin paytaxtı Londonda məhşur ingilis mütəfəkkiri, utopik-sosializmin banisi Tomas Mor anadan olub. O, krala and içmədiyi üçün edam edilib. Tomas Mor “Utopiya” əsərində sosial və siyasi bərabərsizliyi tənqid edib, xüsusi mülkiyyətin ləğvi ideyasını irəli sürüb. (1478-1535)

***

  1812-ci ilin 7 fevralında ingilis ədəbiyyatında sosial roman janrının görkəmli nümayəndəsi Çarlz Dikkens dünyaya gəlib. Onun “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Balaca Dorrit”, “Böyük ümidlər” və digər romanları dünyanın bir çox ölkəsində dəfələrlə tərcümə olunaraq nəşr edilib. (1812-1870)



Әlaqәli Xәbәrlәr