Tarixdə bu gün: 5 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, bu barədə qısaca nəzər salaq.

1138308
Tarixdə bu gün: 5 fevral

 ***

   1783-cü ilin 5 fevral günü Appenin yarımdasının cənubundakı Kalabriya vilayətində 2 ay davam edən misli görünməmiş zəlzələ baş verib. Bir-birinin ardınca minədək yeraltı təkan Rebo-di-Kalabriya şəhərini xarabalığa çevirib, 180 yaşayış məntəqəsində böyük dağıntılar törədib. Zəlzələdə 60 min adam həlak olub. Bundan sonra başlanan epidemiya isə daha 10 min insanın həyatına son qoyub.  

 ***

  1869-cu ilin 5 fevral günü Avstraliyanın Viktoriya ştatında yerin bir neçə santimetrlik altından 78 kiloqram ağırlığında, 91 faiz saf qızıldan ibarət, "Xoş gəldin, əcnəbi" adı verilən dünyanın ən böyük qızıl külçəsi tapılıb.

***

  1937-ci ilin 5 fevral günü Türkiyə Konstitusiyasının 2-ci Maddəsinə edilən dəyişikliklə əlaqədar 6 prinsip konstitusiya mətninə daxil edilib. Bu dəyişikliyə görə, Türkiyə cümhuriyyət, millət, xalq, dövlət, dünyəvilik və inqilabçılıq əsaslarını daşıyır, rəsmi dili türk, paytaxtı Ankara şəhəridir.  

***

  1971-ci ilin 5 fevralında “Apollo 14” Ay peykinin səthinə enib.

***

  1975-ci ilin 5 fevralında ABŞ Konqresinin 11 dekabr 1974-cü ildə verdiyi “Türkiyəyə silah qadağası qərarı” tətbiq olunmağa başlanıb. Qərarın səbəbi Türkiyənin 1974-cü ilin iyul və avqust aylarında Kiprə hərbi müdaxiləsi idi.

 ***

   1991-ci ilin 5 fevralında Azərbaycan Ali Sovetinin sessiyasında üçrəngli dövlət bayrağı təsdiq edildi.

 ***

  1994-cü ilin 5 fevralında Bosniya müharibəsi zamanı Markale bazarında bomba partladı, 68 nəfər öldü, 144 nəfərsə yaralandı.

 ***

   5 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   1870-ci ilin 5 fevralında Cənubi Azərbaycanda məhşur xanəndə Əbülhəsən anadan olub. Sonralar ailəsilə birlikdə dövrün paytaxtı Təbrizə köçüb. 1905-1911-ci il inqilabının başçısı Səttarxan Əbülhəsənə “İqbali Azər” təxəllüsünü vermişdi. Yüksək tembrli, məlahətli səsə malik xanəndə “Şur”, “Çahargah”, “Mahur” və “Segah” muğamlarını yüksək sənətkarlıqla ifa edib. (1870-1971)

 ***        

   1912-ci ilin 5 fevralında Azərbaycan teatr və kinosunun parlaq sənətkarı Münəvvər Kələntərli anadan olub. 1933-cü ildən səhnə fəaliyyətinə başlayan, əvvəlcə opera, sonlalar isə musiqili komediyalarında çıxış edən aktrisa tamaşaçıların yaddaşında daha çox “Arşın mal alan”, “Bəxtiyar”, “Görüş” və “Qızmar günəş altında” filmlərilə qalıb. (1912-1963)      

 ***

   1918-ci ilin 5 fevralında dahi Azərbaycan bəstəkarı Qara Qarayev anadan olub. Konservatoriyada Azərbaycan musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovdan dərs almış Q.Qarayev daha sonra (1941) təhsilini Moskva Dövlət Konservatoriyasında böyük rus bəstəkarı Dmitri Şostakoviçin sinfində davam etdirib. Bəstəkarın “7 gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürü və başqa əsərləri dünya musiq xəzinəsinin nadir incilərindəndir. Qara Qarayev həm də Azərbaycan Dövlət Konservatoriyasında 70-ə yaxın peşəkar bəstəkar yetişdirib. (1918-1982)



Әlaqәli Xәbәrlәr