Tarixdә bu gün

Tarixin bu günü harada nәlәr baş verib? Qısaca nәzәr salaq

1137326
Tarixdә bu gün

Aleksandr  Sedrik 4 il 4 ay ǝrzindǝ Çili sahillǝrinǝ 400 dǝniz mili uzaqlıqdakı ‘‘İsla Mas a Tierra’’ adasında yaşadıqdan sonra 1709-cu ilin 2 fevral tarixindǝ Vudes Rogers tǝrǝfindǝn xilas edilib. Məşhur ingilis yazıçısı Daniel Defonun “Robinzon Kruzo” romanında adam yaşamayan adaya düşmüş insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi tərənnüm olunur. Hǝtta adanın adı Çili hökumǝti tǝrǝfindǝn İsla Robinzon Kruzo olaraq dǝyişdirilir.

****

1970-ci ilin 2 fevral tarixindǝ İngilis riyaziyyatçı, tarixçi, tǝnqidçi vǝ Ədǝbiyyat üzrǝ Nobel Mükafatını laureatı Bernard Rassel vǝfat edib. Müharibǝlǝrǝ qarşı olan Bernard Rassel azad ticarǝti dǝstǝklǝyib.

Sülhpərvər mövqeyinǝ görǝ I Dünya müharibəsi zamanı həbs  edilib. Bernard Rassel  II Dünya müharibəsi zamanı  Adolf  Hitlerə qarşı kampaniyalar tǝşkil edib.

Nüvǝ silahlara da qarşı olan Rassel İsrailin Yaxın Şǝrqlǝ bağlı  mövqeyini  tǝnqid edǝn bǝyanatlar yayıb.

Bertrand Rassel  insan hüquqlarını  və fikir azadlığını müdafiə etdiyi yazıları münasibәtilә 1950-ci ildǝ Ədǝbiyyat üzrǝ Nobel Mükafatına layiq görülüb.

 ***

2000-ci ilin 2 fevral tarixindǝ Kot-d’İvuarın milli futbol komandası Afrika kubokunun ilk turunda mǝğlub olduğu üçün  ölkǝnin diktatoru tǝrǝfindǝn hǝbs cǝzasına mǝhkum edilib.

Qeyd edǝk ki, Kot-d’İvuarın milli futbol komandası 2006 vǝ 2010-cu illǝrdǝ keçirilǝn FİFA Dünya Kubokuna qatılıb.

 ***

Birləşmiş Millətlər Tǝşkilatının  İqlim dǝyişmǝlǝri üzrǝ konvensiyası 2007-ci ilin 2 fevral tarixindǝ açıqlanıb. Qlobal istilǝşmǝnin insan hǝyatı üçün tǝhlükǝ yaratdığı ilǝ bağlı xǝbǝrdarlıq edilib.

Qeyd edǝk ki, bu problem hal-hazırda da dünyanın  gündǝmini zǝbt edib.


Etiketlәr: #Tarixdә bu gün

Әlaqәli Xәbәrlәr