Tarixdə bu gün

20 yanvar

1127774
Tarixdə bu gün

 

I Dünya müharibəsinin nəticəsində Osmanlı imperiyasının parçalanmasından sonra Qazi Mustafa Kamal Paşanın öndərliyində müstəqillik uğrunda mübarizə aparmağa başlayan Türklər ilk növbədə, Ankarada məclis yaratdılar. 23 aprel 1920-ci ildə açılan Türkiyə Böyük Millət Məclisi 20 yanvar 1921-ci il tarixində ilk konstitusiyanı - “Təşkilati Əsasiyyəni” qəbul etdi. Hakimiyyətin artıq istanbuldakı Osmanlı sarayının deyil, qeydsiz şərtsiz millətin olduğunu elan edən bu konstitusiya Respublikanın elanına qədər dövlətin idarə edilməsinin əsaslarını müəyyən etdi.

 

20 yanvar 1990-cı il… Azərbaycanın paytaxtı Bakıda yanvar qətliyamı törədildi… Ermənilərin ərazi tələblərinə etiraz etmək üçün 13 yanvarda başlayan, azərbaycanlılar ilə ermənilər arasında Bakıda davam edən qarşıdurmaları dayandırmaq bəhanəsilə yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya girərək, yüzlərlə Azərbaycanlını qətlə yetirdi. Tanklarla girdikləri Bakıda 440 nəfəri də həbs etdilər. Əsl məqsədi Azərbaycan Türklərinin müstəqillik uğrundakı mübarizəsini boğmaq və azərbaycanlıları susdurmaq olan bu qətliam bütün dünya ölkələrinin reaksiyasına səbəb oldu. Daha sonra 20 yanvar günü Azərbaycanda “Şəhidlər günü” elan edildi.

 

Fələstin bütün İsrail ərazisi, Qəzza zolağı və İordan çayının qərb sahilinin olduğu Orta Şərqdə yerləşən coğrafi bir bölgədir…. Yəhudilər, xristianlar və müsəlmanlar üçün müqəddəs sayılan bu torpaqlar 20-ci əsrin əvvəlindən bu yana ərəblər və yəhudilər arasında qanlı toqquşmalara səbəb oldu. Yasər Ərəfat tərəfindən qurulan Fələstin Qurtuluş Təşkilatının çətiri altında uzun illər müstəqillik uğrunda mübarizə aparan fələstinlilər 15 noyabr 1988-ci il tarixində Əlcəzairdə müstəqilliklərini elan etdilər. Fələstin dövləti aralarında Türkiyənin də olduğu yüzdən çox ölkə tərəfindən tanındı. 21 yanvar 1996-cı ildə isə Fələstində ilk dəfə dövlət başçısı seçkiləri keçirildi və Yasər Ərəfat Fələstinin ilk dövlət başçısı oldu.

 

 

 

 



Әlaqәli Xәbәrlәr