Tarixdə bu gün

Tarixdə bu gün: 15 yanvar

1125434
Tarixdə bu gün

1759-cu ilin bu günündə İngiltərənin London şəhərində “Montagu House” da dünyanın hər tərəfindən gətirilən antik dövrün seçilmiş əsərlərinin və etnoqrafiya kolleksiyalarınının sərgiləndiyi Britaniya müzeyi (“British Museum”) “açılıb.

..............

1753-cü ildə həkim və təbiətşünas Ser Hans Sloanın (Sir Hans Sloane) topladığı əlyazmalar və təbiət tarixinə aid əsərlərin Britaniya hökuməti tərəfindən satın alınması ilə qurulan, daha sonra isə miraslar və ianələrlə kitablar, əlyazmaları, sikkələr və antik əşyalardan ibarət bir kolleksiyası olan Britaniya müzeyi bu günkü binasına 1847-ci ildə köçüb.

..............

Basketbolun qaydaları ilk dəfə 1892-ci ilin bu günündə oyunun yarandığı Sprinqfild Massaçusetsdə (Springfield Massachusetts) dr. Ceyms Neysmit (James Naismith) tərəfindən elan edilib. Mayas qəbiləsinin “Tlahiotenie” oyunu əsasında kanadalı idman məşqçisi dr. Ceyms Neysmit tərəfindən yaradılan basketbol ilk illərdə atletlərə və beyzbolçulara qış məşqləri zamanı oynadılırdı.

...............

1952-ci il yanvarın 15-də Amerika Birləşmiş Ştatları Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatına - NATO-ya üzvlüyünü təsdiq etdi.

.............

Yuqoslaviya  Xorvatiya və Sloveniyanın müstəqilliyinin Avropa tərəfindən tanımasından sonra 1992-ci ilin bu günündə rəsmən dağıldı.

............

Türkiyənin ən çox tanınmış futbol klublarından olan “Qalatasaray”ın matçlarına ev sahibliyi edən, Türkiyədəki C90 görüş bucağına malik ilk stadion- Türk Telekom Arena stadionu 2011-ci il 15 yanvar tarixində “Qalatasaray” və  “AFC Ajax” arasında oyanan dostluq matçı ilə açıldı.

 

 



Әlaqәli Xәbәrlәr