Tarixdə bu gün

14 yanvar 1992-ci ildə Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr başladı.

1123785
Tarixdə bu gün

 

 

14 yanvar 1992-ci ildə Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr başladı. 1991-ci ilin noyabr ayında Müstəqil Azərbaycan Dövlətini tanıyan ilk ölkə Türkiyə oldu. Ölkəmiz o tarixdən bəridir Azərbaycanın beynəlxalq arenada ən böyük tərəfdaşıdır.

*****

Hamımızın yaxından tanış olduğu və oxuduğu “Alisa möcüzələr ölkəsində” kitabının yazıcısı Levis Karol (Lewis Carroll) yaxud gerçək adı ilə Dodqson (Charles Lutwidge Dodgson) 1898-ci ildə bu gün sətəlcəm xəstəliyindən öldü. Həmin zamanda məntiq sahəsində də əhəmiyyətli əsərləri olan Karol riyaziyyat və fotoqrafiya sahəsində də fəaliyyətlər aparıb.

*****

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün anası Zübeydə xanım 1923-cü ildə İzmirdə dünyasını dəyişdi. Zübeydə xanım İzmir şəhərinin Karşıkaya rayonunda 1940-ci ildə tikdirilən abidə məzarda basdırılıb.

*****

1917-ci ildə atasının onun üçün istifadəyə verdiyi kiçik bir dükanda ayaqqabılar üçün rezin, şəkər, qoyun pendiri, zeytun, makaron kimi şeylər sataraq ticarət həyatına başlayan və 1996-ci ildə dünyasını dəyişən Türkiyənin tanınmış iş adamlarından Vəhbi Koç 1987-ci ildə Beynəlxalq Ticarət Palatası tərəfindən “Dünyada ilin iş adamı” seçildi.

*****

2005-ci ildə Avropa Aviasiya agentliyilə NASA tərəfindən birgə buraxılan Huygens adlı kosmos zondu Saturnun peyki Titana eniş etdi. Günəş sistemi içərisində atmosferi ən qalın peyk kimi tanınmış Titan peyki 1665-ci ildə hollandiyalı astronom Kristiyan Huygens (Christiaan Huygens) tərəfindən kəşf edilib.



Әlaqәli Xәbәrlәr