Su ilə gələn mədəniyyət (3)

Tarix, mədəniyyət və sivilizasiya kontekstində Anadoluda suyun keçmişdən bugünümüzə qədər olan yolculuğu...

1494160
Su ilə gələn mədəniyyət (3)

Anadolu tarixə şahidlik edən və tarixdə daimi izlər buraxan bir coğrafiyadır. Anadoluda tarixin izini təqib etmək və eynilə zamanda səyahət etmək mümkündür, çünki tarixin ən qədim dövrlərindən zəmanəmizə gəlib çıxan onlarla mədəniyyətin irsini daxışır.
Bu gün sizi Anadolu coğrafiyasında zamanda səyahətə çıxarmaq istəyirik. Bu coğrafiyada qurulmuş və bəşəriyyət tarixində əhəmiyyətli izlər qoymuş sivilizasiyalardan birincisi haqqında məlumat verəcəyik.
Şumer – e.ə. VI minillikdən başlayaraq ikiçayarasında mövcud olmuş ən qədim insan sivilizasiyasıdır.
Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olub. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaradıb. Burada Orta Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşıblar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Mesopotamiya, səmavi dinlərə ev sahibliyi etdiyi və mədəniyyətlərin bir-birinin ardınca qurulduğu bir bölgə olduğu üçün "sivilizasiyaların beşiyi" olaraq da bilinir. Bu bölgənin əhəmiyyətli bir hissəsi Anadolu coğrafiyasında yerləşir. Su kənarlarının həyati əhəmiyyətə malik olması və torpaqlarının bu qədər məhsuldar olması bir çox şəhər və ya dövlətin yaranmasına imkan yaratmışdır. Ətrafındakı dağlar kimi təbii sərhədləri olmayan bu məhsuldar və geniş Mesopotamiya düzənliyi saysız-hesabsız hücumlara məruz qalmış və dəfələrlə işğal edilmişdir.
Mesopotamiyada qurulmuş, bütün bəşəriyyəti təsir altına alan və etdikləri kəşflər və ixtiralarla bütün tarixə təkan verən bir mədəniyyət təsəvvür edin ... Bəşəriyyət öz dövrlərində tarixi qeyd etməyə başlasın və bu dövrdə istifadə etdiyimiz bir çox şeyin əcdadları o dövrdən olsun ... Bir təxmininiz varmı? Yaxşı, bəhs edəcəyimiz sivilizasiyanın yazını kəşf etdiyini söyləsək, bu sivilizasiyasının hansı olduğunu təxmin edə bilirsinizmi? ... Şumerlər dediyinizi eşitmiş kimi olduq... Bəli, Şumerlər ... 
 Mesopotamiyada qurulan ən böyük, ən qədim və o bölgədə arxasınca gələn digər bütün mədəniyyətlərin atası qəbul edilən və bugünkü texnoloji inkişafımızı borclu olduğumus şümərlər. Yazını kəşf etdikləri və tarixi  qeyd etməyə başladıqları üçün tarixi əsrləri  başlayan bir mədəniyyət kimi qəbul edilir. Şumerlərin yazını kənd təsərrüfatının təmin etdiyi zənginliyin qeyd olunması, məhsulların uçota alınması və əmək haqqı alanların hüquqlarını qorumaq üçün kəşf etdiklərinə inanılır. Nə üçünmü? Çünki Şumerlərə məxsus olan ən qədim yazılı sənədlər "Şumerlərin əmək haqqı siyahıları və vergi qəbzləridir" ...Yaş gil lövhələr üzərində yazılmış bu ilk yazı, yəni mixi yazı, əlbəttə ki, daha sonra inkişaf edir və bu sivilizasiya bir çox ədəbi əsər istehsal edir. Hazırda ən tanınmış olanı Gilqameş dastanıdır... Bu dastan tarixin ən qədim dastanı kimi də tanınır. Gilqameş dastanı bəşəriyyət tarixində tufandan bəhs edən ilk mətn olduğu üçün əhəmiyyətlidir ... Tarixçilər dastanda bəhs olunan tufanın səmavi dinlərdə də bəhs edilən Nuh tufanına bənzədiyi barədə həmfikrdirlər. Şumerlərin yaşadığı dövrlərdə ciddi səviyyvdə daşqınların alması onların insandan əvvəl dənizin yaradıldığına inanmaları və ədəbi mətnlərdə tufan mövzusuna böyük yer ayırmaları suyun onların həyatındakı əhəmiyyətini bir daha ortaya qoyur.
Proqramımızın əvvəlində Şumerlərin bəşər tarixinə böyük töhfələri və təsirləri olduğunu söylədik. İndi bunlara nəzər salaq.
Şumerlər suvarma sistemlərindən istifadə ediblər bataqlıqları qurudublar və kanallar vasitəsilə yaşadıqları yerə su gətiriblər. Bəndlərlə daşqının qarşısını alıblar və bəndlər tikərək suyu yığmağı bacarıblar. Bütün bunlarla əvvəlcə suya nəzarət ediblər, sonra əkinçilikdə böyük uğurlar qazanıblar. Əkinçiliyə əsaslanan sərvət şəhərlərin və ticarətin inkişafına gətirib çıxarıb. Şumerlərin 18-i böyük olan 35 şəhər və qəsəbədən ibarət olduğu qazıntılar və deşifr olunmuş gil lövhələrlə müəyyən edilib. O dövrdə bu miqyasda inkişaf etmələrini tarixçilər "möhtəşəm" hesab edirlər. İnsanlığın ən mühüm ixtiralarından biri yazı ixtirası, digəri təkər ixtirasıdır ... Təkər şübhəsiz ki, bəşəriyyət tarixində cığır açan bir ixtiradır ... Və bu ixtiranın da Şumerlər tərəfindən edildiyi düşünülür. Mesopotamiyada aparılan arxeoloji qazıntılar zamanı təkərli xizəklərin, arabaların və bir xizəyin təsvir olunduğu şəkl tapılıb. Şumer qalıqları arasında tapılan və əkinçilikdə istifadə edilən bu arabalar bir cüt təkərin ox ilə birləşdirilməsi və üzərinə bir şum qoyulması ilə yaradılıb.. Bəlkə də dünyanın başqa yerlərində yaşayan insanlar da çarxı kəşf ediblər, dəqiq bilmirik. Bununla yanaşı Şumerlərin yazıdan istifadə etmələri, çarxın mövcudluğu bu şəkildə qeyd olunduğu üçün onları digər mədəniyyətlərdən üstün hala gətirib. Deməli, bu gün əldə etdiyimiz dəlillər təkərin ixtiraçısının şumerlər olduğunu söyləyir.

Şumerlərin bəşəriyyətə verdiyi töhfə bunlarla məhdud deyil. Şumerlər riyaziyyatda dörd əməliyyatı və 60-a əsaslanan sistemi kəşf edib istifadə ediblər.  Bu ixtiralarla zaman anlayışını formalaşdırdıqları bir həqiqətdir. Çünki Şumerlər saatı 60 dəqiqəyə, dəqiqəni 60 saniyəyə bölən ilk mədəniyyət idi. Gecə və gündüzü 12 saat, bir ili 12 ay və 360 gün, dairənin daxili zaviyəsini də 360 dərəcə olaraq təyin ediblər. Hamısının 6-nın qatına sahib olduğunu fərq etdinizmi?
Şumerlər Ziqqurat adlanan çoxmərtəbəli, piramidaya bənzər məbədlərinin üst qatından rəsədxana kimi istifadə etdilər. Şumerlər günəşin hərəkətlərini və Ay tutulmalarını müşahidə edərək, Ay ilinə əsaslanan ilk təqvimi kəşf ediblər. Bu təqvim demək olar ki, bu gün istifadə etdiyimiz təqvimin ilk versiyasıdır! ... Yalnız bu deyil, Şumerlər Yupiter, Venera, Mars və Merkuri kimi planetləri də müşahidə etdilər və hərəkətlərini qeyd etdilər. Beləliklə, riyaziyyat və həndəsə ilə yanaşı astronomiyanın əsaslarını qoyublar. Şumerlər eyni zamanda günbəz, sütun və tağ kimi memarlıq formalarını tapan, ərazi, həcm, uzunluq və çəki ölçülərindən istifadə ediblər ... Bir sözlə, bu gün də istifadə etdiyimiz demək olar ki, bütün zaman və məkan hesablamalarının əsası Şumerlər dövründə qoyulub. Mesopotamiyada yaşayan, bəşəriyyət tarixinə təsir göstərən və sürət qazanan bu bərəkət və məhsuldarlıq dövrlərinin sonunda zəifləyib və bölgəyə gələn Akkad xalqının hakimiyyətinə daxil olub.
Bu gün suyun ehtiyaclarına uyğun istifadə etməyi bacaran, çarxı tapan, torpağı şumlayan, şəhər həyatına başlayan, yazıdan ilk dəfə istifadə edən və ondan sonrakı mədəniyyətlərə təsir edərək insanlıq tarixində iz qoyan bir mədəniyyət olan Şumerlərdən bəhs etdik.



Әlaqәli Xәbәrlәr