Probiyotiklərin faydaları

Bugünkü mövzumuz: Probiyotiklərin faydaları Probiotik nədir?

2068406
Probiyotiklərin faydaları

Probiyotiklərin faydaları

Probiyotiklər insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər”dir. Normal bağırsaq florasını təşkil edən və patogen olmayan qram-pozitiv və qram-neqativ bakteriyalar, habelə göbələklər probiotiklərə aid edilir. Probiotiklər gidaya əlavə hesab edilir və ümumiyyətlə təhlükəsiz hesab olunur.

Bədənimizdə daima yaxşı və pis bakteriyalar var. Bir infeksiya meydana gəldiyində, sistemin tarazlığını pozan pis bakteriyalar bədəndə daha çox yer almağa başlaya bilər və bu nöqtədə yaxşı bakteriyalar pis olanları məhv edərək tarazlığın qorunmasını təmin edir. Probiotik əlavələr bədənə yaxşı bakteriyalar əlavə etməyin bir yoludur.

Probiyotiklər düzgün miqdarda istehlak etdiyimiz zaman sağlamlığımıza müsbət töhfə verən canlı mikroorqanizmlərdir. Probiyotiklərin əsas faydalarından biri də bağırsaq florasını tənzimləyərək sağlam həyat sürməyimizə kömək etməsidir.

Bədənimizin enerji istifadəsini və kalori yandırmağı tənzimləyən probiyotiklər də arıqlamağımıza kömək edir.

Probiyotiklərin xeyri nədir?

Probiyotiklərin əsas funksiyası bədənin lazım olduğu kimi işləməsi üçün “yaxşı” və “pis” bakteriyaları tarazlaşdırmaqdır. Qoruyucu bağırsaq baryerini gücləndirən probiyotiklər həzm sistemi ilə yanaşı immun funksiyasını dəstəkləyir və iltihabı nəzarət altında saxlayaraq bədən sağlamlığını qoruyur.

• Probiyotiklər orqanizmə daxil olan qida maddələrinin həzmini təmin edir.

• Zərərli bakteriyaların çoxalmasının qarşısını alaraq xəstəliklərə mane olur.

• Vitaminlərin həllində təsirlidir.

• Qida yolu ilə bədənə daxil olan pis bakteriyaların qana qarışmasının qarşısını alır.

• Dərmanların parçalanmasını və sorulmasını təmin edir.

• Bədəninizin immun reaksiyasına müsbət təsir göstərirlər.

Ən yaxşı təbii probiyotiklər

• Boze

• Tarhana (Türkiyeyə məxsus qurudulmuş şorba növü)

• Turş çörək,

• Kefir

Kefir həzm problemlərini tənzimləyərək infeksiyalardan qoruyur.

• Turşu kələm

Turşu kələmin tərkibində probiyotiklərdən əlavə, lif və C və K vitaminləri var.

• Evdə hazırlanmış qatıq

Qatıq ən yaxşı probiyotik mənbəyidir. İmmunitet sistemini gücləndirmək və xəstəliklərdən qorunmaq üçün yaxşı səviyyədə probiyotik əldə etmək və xəstəliklərə tutulma riskinizi azaltmaq üçün hər gün bir kasa evdə hazırlanmış qatıq istehlak edə bilərsiniz. Antibiotiklərin səbəb olduğu ishalı azaldır.

• Pendir

Pendir bədənə daxil olduqda vitamin və mineralların udulmasını artıraraq faydalı bakteriya rolunu oynayır. Qidaların həzmində mühüm rol oynayır və mədə sıxılmalarının qarşısını alır.

• Üzvi alma sirkəsi

Alma sirkəsi, fermentləşdirilmiş məhsul, bağırsaq dostu probiyotiklər arasındadır. Beləliklə, həzm sistemini tənzimləməyə kömək edir.

Probiyotiklərin faydaları

1. İshal, qəbizlik, qaz və şişkinliyə yaxşı gəlir

Probiyotiklərin istifadəsi mədə və həzm sistemi ilə bağlı problemləri aradan qaldırmağa kömək edir. Bağırsaqda yaşayan yaxşı və pis bakteriyalar arasında tarazlığın yaradılması və faydalı bakteriyaların sayının artırılması həzm fermentlərini aktivləşdirir; İshal, qəbizlik, qaz və köplük kimi problemlərin qarşısını alır. Bağırsaqda tarazlığın qurulması üçün edilməsi lazım olan şey isə, probiyotiklərlə zəngin bir pəhriz yaratmaqdır.

1. Probiyotiklər arıqlamağa dəstəkdir

Yüksək yağlı qidalar, şəkər, şəkərli qidalar və rafinə karbohidratların istehlakı bağırsaq bakteriya formasını pozur. Aparılan elmi araşdırmalardan məlum olub ki, bağırsaqdakı yaxşı və pis bakteriyalar enerji balansının və yağlanmanın qorunmasında rol oynayır. Yaxşı bakteriyaların pəhriz yağının udulmasını dayandıra və nəcislə atılmasını sürətləndirə biləcəyi düşünülür.

1. Kolon xərçəngi ehtimlını minimuma endirir

Aparılan araşdırmalar göstərir ki, rafinə karbohidratların həddindən artıq istehlakı, qırmızı ətin tez-tez istehlakı və az lif qəbulu bağırsaq xərçənginin qidalanma səbəbləri ola bilər. Digər tərəfdən bağırsaq bakteriya mühitinin tənzimlənməsinə kömək etməklə yanaşı, xərçəngə səbəb olan prosesləri dayandıraraq xərçəngə qarşı qoruyucu təsir göstərir.

1. Allergiyaları azaldır

Probiyotiklər allergiya və ekzeması olan insanlar üçün faydalıdır, bu vəziyyətin şiddətini azaldır. Beləliklə, allergik reaksiyalara təsir göstərir.

Prebiyotiklərə də laqeyd yanaşmayın

Probiyotiklərlə yanaşı, həzm olunmayan karbohidratlar olan prebiyotikləri də pəhrizinizə əlavə edin. Çünki prebiyotiklər bakteriyalar üçün qidadır və yaxşı bakteriyaların çoxalmasına şərait yaradır.

Prebiyotiklər;

Probiyotik(dərman zəncirotu, soğan, sarımsaq, pırasa, kartof, kökyumrulu günəbaxan və artişok),

• Taxıllarda da (yulaf, çovdar, buğda kimi) olur.

Tərkibində probiyotik olan qidaları bu qidalarla birlikdə qəbul etdikdə onların sağlamlığımıza təsiri artır.



Әlaqәli Xәbәrlәr