Uşaqlarda immunitetin möhkəmləndirilməsi

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün təbii üsullar

1902381
Uşaqlarda immunitetin möhkəmləndirilməsi

Sağlıq Olsun-10-2022

Orqanizmin yad amillərə, infeksiya törədicilərinə qarşı dözümlülüyü müdafiəsi olaraq  bilinən immunitet sistemi uşaqlarda təxminən 2 aylıq olduqda formalaşmağa başlasa da, bu 8-14 yaşlara qədər davam edər. Yəni uşaqlarda immun sisteminin zəifliyi onun formalaşmaqda olması, tam yetkin olmaması ilə izah olunur. Yaşlı insanlarda isə digər toxumalar kimi immun sistemi də qocalır. Buna görə  kifayət qədər və balanslı təbii qidalardan istifadə etməklə, uşaq və qocanın immun sistemini gücləndirmək və xəstəliklərə qarşı dözümlülüyünü  artırmaq  mümkündür.

Uşağın immunitet sisteminin möhkəmləndirilməsi üçüntətbiqiməsləhətgörülən təbii üsullar.

1-Nizamlı qidalanma

Uşaqların xəstəliklərə qarşı güclü olması üçün sağlam, balanslı və nizamlı qidalanmalarına fikir verilməlidir.

2- Kefir və meyvə qarışımı

Gündə 1 çay stəkan təbii kefir qəbulu immunitet sistemini dəstəkləyir. Ancaq uşaqların kefiri asan içə bilmələri üçün biraz meyvə püresi əlavə etmək məsləhətdir.

3- Qızılbalıq

Omeqa 3 yağ turşuları baxımından zəngin qida olan və uşaqların beyin inkişafını dəstəkləyən qızılbalıq bədəni infeksiyalara qarşı qoruyur.

4-Bəkməz

Bəkməz immuniteti gücləndirir və qanazlığı azaldır.

5- Kivi

Kivi digər meyvələrlə müqayisədə C vitamini zəngin olduğu üçün immunitet sistemini gücləndirir.

6- Evdə hazırlanmış qatıq

Yüksək probiotik tərkibli qidalar uşaqların immunitet sistemini  məhkəmləşdirir və çoxlu xəstəliklərin qarşısını alır. Bu səbəbdən  uşaqların gündə bir kasa evdə hazırlanmış qatıq istehlakı məsləhətdir. İnək südünə qarşı allergiyası olan uşaqlara keçi südündən hazırlanan qatıq yedizdirə bilərsiniz.

7-Banan və qatıq

Uşaqlara immunitet sistemlərinin  qorunması üçün gün 1 kasa evdə hazırlanmış qatığa bir ədəd banan doğruyaraq  yedizdirilməlidir.

8- Zəncəfil və sarıköklü qatıq

Evdə fermentasiya edilmiş bir kasa qatığa 1 çay qaşığı zəncəfil və 1 çay qaşığı sarıkök əlavə edərək uşaqlara yedizdirmək onların immunitet sistemini gücləndirir və qış mövsümünü xəstə olmadan keçirmələrinə kömək edər.

9- Sarımsaq

Sarımsaq antibakterial xüsusiyyətlərinə görə immuniteti gücləndirir və orqanizmin müqavimətini artırır. Bronxial astma xəstəliyinə tutulma riskini azaldır.  Bu xüsusiyyətlərinə görə  sarımsaq yeməklərə, salatlara, qatığa  əlavə edilərək hər gün  istehlak edilə bilər.

10- Yulaf

Səhər yeməyində  uşağa zəngin lif tərkibi ilə ən faydalı qidalardan biri  olan yulafı südlə qarışdırıb, E vitamini  mənbəyi  olan badam və yarım banan əlavə edib, blenderdən keçirdikdən sonra içirmək immunitet sistemini gücləndirir və xəstəliklər qarşısında müqavimətini  artırır.

11- Brokkoli

C, A və E vitaminləri ilə zəngin olan brokkoli demək olar ki antioksidləşdiricilər mənbəyidir.  Uşaq üçün bişirilən bütün suplara əlavə etmək məsləhətdir.

12-Mərcimək

Mərcimək bitki mənşəli zülal mənbəyi  olduğu üçün uşaqların böyüməsinə və inkişafına kömək edər. Payız və qış aylarında həftədə iki dəfə istehlakı  tövsiyə olunur.

13- Yumurta

Yumurta, ana südündən sonra orqanizmin ehtiyacı olan ən yaxşı protein mənbəyi, dəmir, A, D, E və B12 vitaminləri baxımından isə zəngin olduğu üçün uşaqlara fərqli formalarda bişirilərək yedizdirilməsi vacib qidalardan biridir.

14-Çərəz

E vitamini, sink və omeqa 3 yağ turşuları ilə zəngin olan çərəz immunitet sistemini gücləndirməyə kömək edər.

15- Yuxu rejimi

Yuxu orqanların fəaliyyətini bərpa etmək üçün vacib fizioloji prosesdir. Tələb olunan müddətdən çox və ya az yatmaq sağlamlığa mənfi təsir göstərə bilər. Yenidoğulmuş körpə üçün həmin şərt daha vacibdir. Onun düzgün və sağlam qidalanması ilə yanaşı, normal yuxu rejiminə də mütləq əməl olunmalıdır.

Yenidoğulmuş körpə üç aylığınadək 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir. 2-7 yaş arası uşaqlar 10-11 saat yatmalıdır. Tədqiqatlar göstərir ki saat 23:00-da boy hormonunun ifrazı artır. Bu, uşağın böyüyüb boy atması üçün əlverişli vaxtdı.

Nizamlı yuxu və sağlam qidalanma, qapalı məkanları mütəmadi havalandırmaq da uşaqların immun sistemini gücləndirimək üçün vacib tədbirlərdir.

16-Arı südü və bal

3 yaşdan yuxarı uşaqlara hər gün səhər yeməyindən əvvəl 1 çay qaşığı bal ilə qarışdırılmış arı südü içirmək immun sistemini gücləndirir. Ancaq 3 yaşadək olan uşaqlar ilə allergiya problemi olanlar və astma xəstələri həkim ilə məşvərət etdikdən sonra qəbul etməlidilər.  

17- Kəklikotu

Təbii öskürək siropu və qripin dərmanı olan kəklikotu çayı immunitet sistemini gücləndirir,

1 stəkan suya 2 çay qaşığı kəklikotu əlavə edib qaynatdıqdan sonra  1 çay qaşığı bal əlavə  edərək uşağınıza içirə bilərsiniz.



Әlaqәli Xәbәrlәr